“Terminator: Qara talelər” filminin nümayişi oldu

31-10-2019, 20:14
A+
A-

30 oktyabr tarixində Park Cinema İmax kinoteatrında “Terminator: Qara talelər” filminin qapalı nümayişi olub.

Magazinews.Az xəbər verir ki, media nümayəndələrinin, aktyor və aktrisalarının, bloqqerlərin qatıldığı gecədə qonaqları, kinoteatrın hazırladığı maraqlı şou-proqram sevindirib. Proqramda Azərbaycanla yanaşı, üç ölkənin milli rəqsləri nümayiş edilib.

Tədbir iştirakçıları filmin əsas qəhrəmanları və foyeyə gətirilmiş motosikl ilə bolluca şəkillər çəkdiriblər.

Xronometrajı 140 dəqiqə olan filmdə əsas rolları Arnold Schwarzenegger, Linda Hamilton və Mackenzie Davis canlandırıb. Ekran işinin rejissoru isə Tim Millerdir.

Filmin mövzusuna gəlincə isə qatil terminator Dani Ramosu öldürmək üçün onun ardınca gəlir. Ramosun xilas olması isə dünyanı ölüm bəlasından qurtaracaq. Bu çətin mübarizə yolunda Sarah Connor və qeyri-adi gücə malik olan Grace güclərini birləşdirirlər.

İzləyicini başdan-sona ekran önünə kilitləyən film, aksiyon və döyüş səhnələri ilə boldur.

Qeyd edək ki, sözügedən filmə Park Cinema kinoteatrlarında baxa bilərsiniz.