“CinemaPlus”da“Araxis Yağlı Tərlan” filmin nümayişi keçirilib

31-10-2019, 17:49
A+
A-

“28 Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Yaşıl kitab” filminin yaradıcılarının istehsalı olan, növbəti ekran işi – “Araxis Yağlı Tərlan”ın təqdimatı keçirilib.

Sözügedən komediya hər bir tamaşaçının qəlbinə toxunacaq.

Film barədə onu deyə bilərik ki, möhtəşəm səyahət bir addımla və əfsanəvi uçuşla başlayır. Pəncərədən kənara çıxan qəhrəmanımız özünü bir şeyin əskik olduğu dünyada tapır. Onun yeni dostuna yüksək məbləğdə pul, başkəsənlərə - iki dostun başı, gənc tibb bacısına sevgi, ona isə səyahət, qaçış, alovlanan ocaq və bir az da araxis yağı lazımdır.

Filmi Tayler Nilson və Mayk Şvarts ekranlaşdırıblar. Əsas rolları aktyorlar Şaya LaBaf, Dakota Conson və Zak Qotsagen canlandırıb. Filmin xronometrajı 110 dəqiqədir.

Tədbirin təşkilinə “Cinema Distribution”, “Absheron Sharab”, “Şeh su” və “Red Bull” dəstək göstəriblər.

Qeyd edək ki, “Araxis Yağlı Tərlan” yalnız “Cinemaplus” kinoteatrlar şəbəkəsində yayımlanacaq.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.