“Çarlinin mələkləri” Park Cinemaya gəldi

15-11-2019, 13:35
A+
A-

Ötən gün "Park Bulvar AVM"də yerləşən Park Cinema kinoteatrında “Çarlinin mələkləri” filminin qapalı nümayişi olub.

Magazinews.Az xəbər verir ki, sosial şəbəkələrdə böyük marağa səbəb olan filmin təqdimat gecəsinə media nümayəndələri, bir çox tanınmış sənət nümayəndələri, aktyorlar və bloqerlər qatılıb.

Park Cinema kinoteatrının təşkil etdiyi qala gecə maraqlı görüntülərlə yadda qalıb. Qonaqlar üçün Dj-in iştirakı ilə musiqi və furşet təşkil edilib.

Daha sonra filmdə əsas rolları canlandıran qəhrəmanların obrazını yaradan “mələklər” gəliblər. Onlar qonaqlar üçün hazırladığı şounu göstəriblər.

Gecənin qonaqları filmin posteri qarşısında “Çarlinin mələk”ləri ilə şəkillər çəkdiriblər. 

Bəhs etdiyimiz ekran işinin səhnələri İstanbul, London, Hamburq və başqa şəhərlərdə çəkilib. İstanbul səhnəsində diqqətçəkən məqam isə Türkiyənin pop ulduzu Ece Seçkinin mahnısının istifadə olunması olub. 

Filmin xronometrajı 120 dəqiqədir. Rejissoru Elizabet Banksın olduğu filmdə əsas rolları Kristen Stewart, Naomi Scott və Ella Balinska canlandırıb. Qürur yaradan məqam isə ekran işinin rejissor assistentinin həmyerlimiz Rənanın olması olub.

Filmdə tamaşaçını başdan-sona qədər aksiyon və fantastik döyüş səhnələri müşahidə edir. Rejissor sürəti sevən izləyiciləri də unutmayıb. Sonda tamaşaçılar üçün xəyanətkarın əsl kimliyi açıqlanır.

Qeyd edək ki, sözügedən filmi yerli kinoteatrlarda izləyə bilərsiniz.

Təqdimat gecəsindən olan fotoları oxucularımıza təqdim edirik:


Tural Hüseyn