“CinemaPlus”da “Ford Ferrariyə qarşı” - FOTO/VIDEO

15-11-2019, 16:24
A+
A-

“28 Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” Premium-klass kinoteatrında real hadisələrə əsaslanan “Ford Ferrariyə qarşı” filminin premyerada öncə nümayişi baş tutub.

Magazinews.Az xəbər verir ki, dadlı furşet və içkilərin yer aldığı tədbirin yadda qalan hissəsi kinoteatrın filmin mövzusuna uyğun dekorasiya ilə əhatələnməsi, ölkənin ilk konseptual kaver qrupu olan “Harmony Music Band”in şousu olub.

Sözügedən ekran işinin rejissoru Ceyms Manqolddur. Filmdə baş rolları Mett Deymon, Kristian Beyl və Katrina Balf canlandırıblar.

Filmdə 1960-cı illərdə fəaliyyət göstərən bir qrup amerikalı mühəndis və dizaynerdən bəhs edilir. Konstruktor Kerrolla Şelbinin rəhbərliyi və britaniyalı yarışçı Ken Maylsın dəstəyilə yeni idman avtomobili yaradılmalıdır. O, “Ferrari”yə qalib gəlməli, 24 saat davam edəcək yarışa dözümlü olmalıdır.

Qeyd edək ki, tədbirin təşkilinə FORD Azərbaycan, Baku City Karting, “Light in Black”, “Harmony Music Band”, “Kolorit” kafesi, “Abşeron Şərab”, “Şeh Su” və “Red Bull” dəstək göstəriblər.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.