İlham Əliyev Sumqayıtda “CinemaPlus” kinoteatrının açılışında

22-11-2019, 09:25
A+
A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışında iştirak edib.

Magazinews.Az xəbər verir ki, dövlətimizin başçısı kinoteatrın binasının rəmzi açılışını bildirən lenti kəsib. Qeyd edək ki, “Nizami” kinoteatrı “CinemaPlus” kinoteatrlar şəbəkəsinə məxsusdur və dünya standartlarına cavab verən 3D texnologiyası ilə təchiz olunmuş 3 zaldan ibarətdir.

Açılışda “CinemaPlus” kinoteatrlar şəbəkəsinin rəhbərliyin üzvü Zaur Darabzadə də iştirak edib.

Kinoteatr Sumqayıt şəhəri, 2-ci mikrorayon, Nəriman Nərimanov küçəsində yerləşir.

Sumqayıt sakinləri artıq CinemaPlus saytında və mobil əlavəsində filmlərin cədvəli ilə tanış ola bilərlər.

Bu gündən etibarən, Sumqayıt şəhərində yerləşən “CinemaPlus” kinoteatrı sakinlərinin xidmətindədir.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.