“Jumanji” filminin qapalı nümayişi keçirildi”

9-12-2019, 21:18
A+
A-

6 dekabr tarixində Flame Towers-da yerləşən Park Cinema İmax kinoteatrnda “Jumanji: THE NEXT LEVEL”adlanan filminin qapalı nümayişi keçirilib.

Magazinews.Az xəbər verir ki, kinoteatrın təşkil etdiyi təqdimat gecəsi yenə də qonaqlar üçün möhtəşəm ab-hava yaradıb.

Kinoteatrın foyesi filmdəki səhnələrə uyğun cəngəllikləri xatırladan dekorasiya ilə bəzədilmişdi. Bundan əlavə, yırtıcı heyvanların maketləri də böyük marağa səbəb oldu.

Təqdimat gecəsinə media nümayəndələri, bloqerlər, aktyorlar və müğənnilər dəvət edilmişdi.
Nümayiş öncəsi qonaqlar üçün təşkil edilmiş furşet və içkilər, Gürcüstan dəvət olunmuş DJ-in səsləndiriyi musiqilərin yaratdığı xoş əhval gözlərdən oxunurdu.

İzləyici kütləsinin böyük marağına səbəb olan filmin əsas obrazlarını canlandıran qəhrəmanlar foyeyə gəlib. Tədbir iştirakçıları filmin posteri qarşısında onlar ilə şəkillər çəkdiriblər. 

Daha sonra şəbəkəsinin piar-meneceri Rüstəm Fətəliyev və Marketinq direktoru Amil Hacıyevin ənənəvi çıxışından sonra kinoteatrın ekranında 2019-cu ildə keçirilən təqdimatlarda yaşanan ən özəl məqamları əks etdirən video-çarx nümayiş etdirildi.

“Columbia pictures” istehsalı olan filmdə Dveyn Conson, Kevin Hart, Nik Chonas, Jek Bleck, Karen Gillan əsas rolları canlandırıblar.

Ekran işinin rejissoru isə Jake Kasdandır. Komediya və fantastik səhnələrlə bol olan "Jumanji"ni izləyiciləri ekran qarışına kilitləyən film adlandırmaq olar.

Qeyd edək ki, sözügedən film Park Cinema kinoteatrlarında nümayiş olunur.

Təqdimat gecəsindən olan fotoları oxucularımıza təqdim edirik:


Tural Hüseyn
Magazinews.Az