“CinemaPlus”da Cem Yılmazın “Karakomik filmler 2” komediyası

21-01-2020, 20:31
A+
A-

“CinemaPlus” kinoteatrlar şəbəkəsi çoxdan gözlənilən Cem Yılmazın “Karakomik filmler 2” komediyasının nümayişinə başlayıb.

Kinoteatrın mətbuat xidmətindən saytımıza verilən məlumata görə, filmə bir bilet alan tamaşaçılar iki film izləyə biləcəklər.

Ssenaristi və rejissoru Cem Yılmaz olan “Karakomik filmler” silsiləsinin davam filmi olan “Karakomik filmler 2” - “Deli” və “Emanet” adında iki filmdən ibarətdir.

“Deli”, ən böyük xəyalı sevdiyi qızın qarşısında oturmaq olan bir taksi sürücüsünün gecə növbəsində başına gələn hadisələrdən bəhs edir.

“Emanet” isə istedad müsabiqələrinə qatılıb, bu yolla məşhur olmağın xəyalını quran bir rəqqasın hekayəsindən bəhs edir.

Qeyd edək ki, baş rollarda Cem Yılmaz, Çağlar Çorumlu və Özge Özpirinçci yer alıb.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.