CinemaPlus-da “Pis oğlanlar” - FOTO/VİDEO

24-01-2020, 15:12
A+
A-

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında birinci hissəsi 25 il öncə çəkilən və çoxdandır gözlənilən “Pis oğlanlar 3” filminin premyeradan öncə təqdimatı keçirilib.

Magazinews.Az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Rüstəm Kərimov və Arogun Johnny Ayomide Uill Smitin və Martin Lourensin filmdəki obrazlarını canlandırıblar.

Kinoteatrın keçirdiyi möhtəşəm təqdimat mərasimi bu dəfə də qonaqlara xoş anlar yaşadıb.

“CinemaPlus”un rəsmi tərəfdaşı olan “The Five” şirkətinin rep ulduzları Epi və FTB  film üçün hazırladığı soundtreki təqdim ediblər. Daha sonra isə “Caspian Flava Crew” breyk-dans komandasının üzvləri Zəvvar Kərimov, Kamran Quliyev və Aqil Quliyev qonaqları heyran edən rəqs nümayişləri tamaşaçıların alqışları ilə müşayət olunub.

Gecəyə qatılanlar sırasında şou-biznes ulduzları, jurnalistlər, blogerlər və böyük şirkətlərin nümayəndələri olublar.

Filmin rejissorları Bilal Falla və Adil El Arbidir. Baş rollarda isə Uill Smit, Martin Lourens, Vanessa Enn Hadcens çəkilib.

Filmin mövzusuna gəlincə isə detektivlər Mayk Louri və Markus Börnet yenidən işə qayıdırlar! Düzdür, onlar bütün əməliyyatlardan kənarlaşdırılıblar, amma dostları nəsə dayandıra bilər? Axı bu dəfə keçmiş həyatından biri Maykın arxasınca düşüb, onu ov elan edir. Beləliklə, uşaqlar sonadək mübarizə aparmalıdır.

Qeyd edək ki, filmin baş sponsoru “Porsche-Bakı” Mərkəzidir. Tədbirin təşkilində “Light in Black” kreativ şirkəti, qrim ustası İradə Rzayeva, “Aya Rzali” dekor şirkəti, “Black Star Burger”, “İdeal P&C” mağazalarının “Carolina Herrera” markasının “Bad Boy” ətirləri, Avstriyanın coffee-catering şirkəti “Espressomobil”, “Absheron Sharab”, “Şeh Su”, “Red Bull” və “Azeri Express” kuryer xidməti dəstək göstəriblər.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!

Təqdimatdan olan video və fotoları təqdim edirik: