CinemaPlus-da “Gələrsən-Görərsən” filmi təqdim edildi – FOTO/VİDEO

31-01-2020, 19:30
A+
A-

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında daha bir komediya janrında olan film “Gələrsən-Görərsən”in Qala-gecəsi keçirildi.

Magazinews.Az xəbər verir ki, təqdimat gecəsinə filmin yaradıcı heyəti, incəsənət nümayəndələri və jurnalistlər qatılıblar.

Gecənin səbəbkarları müsahibələrdən sonra qırmızı xalıya dəvət olunublar. Daha sonra tədbir iştirakçıları üçün film nümayiş olunub.

Filmin baş prodüseri və rejissoru Vüsalə Cəfərova, senari müəllifləri Fariz Əliyev və İlkin İmanovdur.

Baş rollarda isə Nürəddin Mehdixanlı, Növrəstə Həşimova, Vüsalə Cəfərova, Müşviq Şahverdiyev, Elşən Hacıbabayev, Hüseyn Əzizoğlu, Vahid Orucoğlu və Səadət Abbasova canlandırıb.

Filmin mövzusuna gəlincə isə bir nənənin üç nəvəsi olur. Bunların hərəsinin başına bir iş gəlir və hamısına pul lazım olur. Nənə bunların əlindən bezir və şərt qoyur. “Kim sevdiyi qızla gəlsə və mənim şərtlərimə, sınaqlarıma 3 gün ərzində dözsə, ona əlli min manat pul verəcəm” deyir. Sonra iki nəvəsi qızla, biri isə oğlan dostuna qadın paltarı geyindirib, gətirir. Nənə 3 gün ərzində bu qızları sınağa çəkərək, başlarına oyun açır.

Tədbirin təşkilinə Cinema Distribution, “Light in Black” kreativ şirkəti, “Salam Aleykum” restoranı, “Absheron Sharab”, “Şeh Su” və “Red Bull” dəstək olublar.

Qeyd edək ki, film yanvarın 30-dan etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunur.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.