“Yırtıcı quşlar: Harley Quinnin möhtəşəm hekayəsi” filminin xüsusi nümayişi oldu

7-02-2020, 15:22
A+
A-

6 fevral tarixində Flame Towersda yerləşən İmax Park Cinema Kinoteatrnda çoxdan gözlənilən “Yırtıcı quşlar: Harli Kvinnin möhtəşəm hekayəsi” filminin xüsusi nümayişi keçirilib.

Magazinews.Az xəbər verir ki, təqdimat gecəsinə media nümayəndələri, bloqerlər, şirkət nümayəndələri qonaq qismində yer alıblar.

Park Cinema kinoteatrının təşkil etdiyi təqdimat gecəsi rəngli görüntüləri ilə seçilib.

Nümayiş öncəsi qonaqlar üçün DJ-in iştirakı ilə musiqi təşkil edilmiş furşet və içkilər təşkil edilmişdi.

Böyük izləyici kütləsinin marağına səbəb olan filmin əsas qəhrəmanın obrazını canlandıran model Ramina Abasova foyeyə gəlib. Qonaqlar onunla bolluca fotolar çəkdiriblər. 

Daha sonra şəbəkənin piar-meneceri Rüstəm Fətəliyev və Marketinq direktoru Amil Hacıyevin ənənəvi çıxışından sonra film nümayiş etdirilib.

Həyəcan və döyüş səhnələri ilə bol olan film izləyicilər tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Park Cinema” Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində “Flame Towers”də yerləşən “IMAX 3D”, “Park Bulvar”da fəaliyyət göstərən “LaseR” və “Metropark”dakı “Birkart Dolby Atmos” zalı fəaliyyət göstərir. “ParkCinema” IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir.

Film Park Cinema kinoteatrlarında nümayiş olunur. Biletləri isə “Park Cinema”nın rəsmi saytında (www.parkcinema.az), iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.

Təqdimat gecəsindən olan fotoları oxucularımıza təqdim edirik:


Tural Hüseyn
Magazinews.Az