Qay Riçi qayıdır – “Park Cinema” “Centlmenlər”ə hazırlaşır! - FOTO/VIDEO

13-02-2020, 12:14
A+
A-

"Park Bulvar AVM"də yerləşən Park Cinema kinoteatrında daha bir premyera baş tutub.

“Park Cinema” kinoteatrlar şəbəkəsi bu dəfə Rusiyadan iki gün öncə “Centlmenlər” filminin qapalı nümayişini keçirib.

Magazinews.Az xəbər verir ki, filmin nümayişinə media nümayəndələri, aparıcılar, bloqerlər, aktisa və modellər, şirkət nümayəndələri qonaq qismində qatılıblar.

Kinoteatrının təşkil etdiyi təqdimat gecəsində qonaqlar üçün Dj-in iştirakı ilə musiqi və furşet təşkil edilib. Pozitiv-xoş əhval qonaqların üzlərindən oxunurdu.

Böyük Britaniya istehsalı olan film 2019-cu ildə istehsal olunub. Film artıq 33.5 milyon dollar qazanc gətirib. Ekran işi ilk olaraq 3 dekabr 2019-cu ildə Londonda təqdim edilib. Filmə baxan tamaşaçılar və mütəxəssislər ortaq fikri Qay Riçinin qayıdışının mükəmməl alındığı idi.

Rejissorunun Britaniyalı 51 yaşlı Qay Riçin olduğu kriminal-döyüş və komediya janrlarını özündə birləşdirən film google istifadəçilərinin 78 faizi tərəfindən bəyəndiyini qeyd edib.

“Rotten Tomatoes” saytında bu film kifayət qədər yüksək reytinqə nail olub (76%), IMDB-in istifadəçiləri ona 8,1 ball verib (10-ballıq sistemlə).

“Aladdin” filminin rimeykini buraxandan sonra Britaniyalı rejissor Qay Riçi yenə də öz sevimli və ona dünya şöhrətini qazandıran janra qayıdır.
Filmin ideyasını Qay Riçi 10 ilə yaxın müddətdə düşündüyünü qeyd edib. Onun sözlərinə görə, əvvəlcə o, serial barədə düşünürdü, amma sonra fikrini dəyişib tammetrajlı film çəkmək qərarına gəlib:
“Bu film Böyük Britaniya və ABŞ arasında olan mədəni və mənəvi fərqləri göstərəcək”.

Filmin senari müəllifləri Qay Riçi, Ayvan Etkinson və Marn Devisdir.

“Centlmenlər” adlı kriminal komediyasında əsas rolları isə Çarli Hannem, Henri Qoldinq, Mişel Dokkeri, Kolin Farrell, Con Munqo, Hyu Qrant və Mettyu MakKonaxyu canlandırıb. 

Filmin mövzusuna gəlincə isə Oksford universitetinin yaraşıqlı məzunu bənzərsiz ağlını və heç kimdə olmayan cəsarətindən istifadə edərək ingilis aristokratiyasının mülkündən istifadə edərək qanundan kənar varlanma planı qurur. Lakin o, qurduğu işini ABŞ-dan olan milyarderlərin nüfuzlu bir klanına satmağa qərar verdiyində önündə əngəllər yaranır. Silalı atışma və bir neçə qəza qaçılmayan bir nəzakət mübadiləsi planlayır.
Filmin süjeti ilk baxışdan kifayət qədər sadə görünür, britaniyalı narkobaron öz imperiyasını oklaholmlu milliarderlərin dinastiyasına satmaq istəyir.

Daha sonra qonaqlar filmi izləmək üçün zala dəvət edilib. Şəbəkənin piar-meneceri Rüstəm Fətəliyev və Marketinq direktoru Amil Hacıyev qonaqları salamlayaraq, tədbiri təşkil edənlərə təşəkkürlərini bildiriblər. Daha sonra ekran işi nümayiş edilib.

İzləyici kütləsinin böyük marağına səbəb olan ekran işini izləyiciləri ekran qarışına kilitləyən film adlandırmaq olar. Həyəcanlı səhnələrlə bol olan kriminal-döyüş filmi sonda izləyicilərin alqışları ilə müsbət qiymətini alıb. 

Nəzərinizə çatdıraq ki, film Park Cinema kinoteatrlarında nümayiş olunur. Biletləri isə “Park Cinema”nın rəsmi saytında (www.parkcinema.az), iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.

“Park Cinema” Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində “Flame Towers”də yerləşən “IMAX 3D”, “Park Bulvar”da fəaliyyət göstərən “LaseR” və “Metropark”dakı “Birkart Dolby Atmos” zalı fəaliyyət göstərir. “ParkCinema” IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir.


Təqdimat gecəsindən olan fotoları təqdim edirik:


Tural Hüseyn
Magazinews.Az