Zaur Darabzadə “CinemaPlus”-un Müşahidə Şurasının sədri təyin olundu

27-07-2020, 13:38
A+
A-

“CinemaPlus” kinoteatrlar şəbəkəsində rəhbərliyində yeni təyinat olub.

Kinoteatrdan verilən məlumata görə, “CinemaPlus” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ümumi yığıncağının qərarı əsasında Zaur Darabazadə Cəmiyyətin Müşahidə Şurasının sədri seçilib.

Əvvəllər, 2015-ci ildə Zaur Darabzadə Azərbaycanda regionun ilk müasir texnologiyalarla təchiz edilmiş “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, 2018-ci ildən “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafı departamentinin direktoru idi.