“CinemaPlus”-da uşaqlar üçün “Qar adamı axtarışında” cizgi filminin xeyriyyə nümayişi keçirilib”

30-08-2018, 12:51
A+
A-

“CinemaPlus 28 Mall” premium kinoteatrında 2018-ci ildə “Cinemazadeh” studiyasında  azərbaycan  dilinə  peşəkar dublyaj olunmuş  Kanada  istehsalı olan “Qar adamı axtarışında” animasiya filminin uşaqlar üçün xeyriyyə nümayişi baş tutub.

Magazinews.az xəbər verir ki, cizgi filmi başlamazdan öncə uşaqlar üçün sehrbaz Anarın çıxışı ilə əyləncə proqramı təşkil olunmuşdur.
Animasiya filmini Vüsal Xalıqoğlu, Mətanət Abbaslı, Rövşən Məmmədli, Pərviz Məmmədrzayev, Emin Nəsirli, Ramil Zeynalov, Nəcibə Hüseynova, Vüsal Hacıqədir və Elşən Rüstəmov dublyaj etmişdilər.
Dublyajın rejissoru Vüsal Məmmədov, redaktor  Vüqar  Hüseynov, səs rejissoru Natiq  Şəkərəliyev, səs operatoru  Rəhman  Hacıyev, post-prodakşn  supervayzer  Vüqar  İslamzadə, icraci produser  Emil  Davudzadə, baş produser Cəfər Axundzadə.  Ailəvi cizgi filminin rejissorları Pyer Qreko və Nensi Sevarddır.

Filmin qısa məzmunu:
“Şəxsi detektiv Nelli və botanik-alim Saymonun  maraqlı  sərgüzəştləri.  Onlar əminliklə  Qar adamının varlığına inanırlar. Mifik heyvanın varlığını sübut etmək üçün tədqiqatçılar Himalayın düz mərkəzinə yola düşməli və onu tapmalıdırlar!

 "CinemaPlus" hər zaman uşaqları sevinməyə hazırdır!