“CinemaPlus” açıq havada yeni kinoteatr açdı - VIDEO

11-06-2021, 22:25
A+
A-

“CinemaPlus"un tamaşaçıları kinoteatrlar üçün çox darıxıblar və bunu nəzərə alaraq belə bir layihəni ərsəyə gətirdi.

MAGAZINEWS.AZ -a kinoteatrdan verilən məlumata görə, Şamaxı şəhərində yerləşən “Abqora”restoranında, “Meysəri” şərabları və “CinemaPlus”un birgə layihəsi olan “Open Air Cinema”da hər həftə sonu, 5,6,7-ci günlər açıq havada, təbiətin qoynunda qonaqlar yeni filmləri izləyə bilərlər.

Filmər və seanslar haqqında məlumatı "CinemaPlus” kinoteatrlar şəbəkəsinin sosial şəbəkələrindən əldə edə bilərsiniz.

Ətraflı məlumat üçün +994 55 251 20 22 nömrəsi ilə əlaqə saxlayın.

“CinemaPlus” hər zaman sizi kino tarixinin ən yaxşı premyeraları ilə sevindirməyə və xoş sürprizlər etməyə hazırdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla 14 mart 2020-ci il saat 00:00-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsi qapalı məkanlarda öz fəaliyyətini müvəqqəti dayandırıb.

Ətraflı məlumat sosial şəbəkələrdə qeyd olunacaq.