Marvel komiksləri əsasında çəkilmiş "Əbədilər" filmi CinemaPlus-da - VIDEO

5-11-2021, 15:20
A+
A-

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Marvel komiksləri əsasında çəkilmiş ABŞ istehsalı olan “Əbədilər” super qəhrəman filmin nümayişi başlayıb.

Əgər əvvəllər kainat hadisələri sonsuzluq daşları və Tanos planı ətrafında fırlanırdısa, o zaman sonrakı bütün filmlərin süjetini məhz “Əbədilər” qura bilər.

Filmin rejissoru Xloya Çjaodur. Rollarda isə Ancelina Coli, Riçard Medden, Salma Hayek və Kit Xarinqton çəkiliblər. Ekran işinin müddəti 180 dəqiqədir. Yaş həddi 16+  nəzərdə tutulub.

Filmin süjet xəttinə gəldikdə isə yeni blokbasterdə tamaşaçılar Əbədi olanlar kimi tanınan fövqəlbəşəri məxluqlardan ibarət yeni bir komanda ilə tanış olacaqlar. Minilliklər boyu insanlar arasında yaşadılar, onları qorudular və insan sivilizasiyasının inkişafına rəhbərlik etdilər. Gözlənilməz bir faciə Əbədi olanların insanların ən qədim düşmənlərindən biri ilə üz-üzə qalmağa məcbur etdi.

Qeyd edək ki, biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün: IOS link Android link əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.