Şəkidə ANİMAFİLM Festivalının əks-sədası keçiriləcək

23-11-2021, 21:50
A+
A-

IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının Şəkidə əks-sədası tədbiri 23-25 noyabr 2021-ci il tarixində Şəki "ASAN xidmət" mərkəzində keçiriləcəkdir. Festivalda üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş ən maraqlı yerli və xarici animasiya filmləri təqdim ediləcəkdir.

MAGAZINEWS.AZ xəbər verir ki, əlavə olaraq “Kağızdan Şaxta Baba düzəlt” adlı ustad dərsi təşkil ediləcəkdir.

“ANİMAFİLM Şəkidə” tədbiri “PERİ FİLM” MMC şirkəti tərəfindən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilir.

“ANİMAFİLM Şəkidə” tədbirlərinə giriş sərbəstdir. Yerlər məhdud olduğundan öncədən qeydiyyatdan keçmək mütləqdir: +994 50 538 86 92 (WhatsApp). Təşkilatçılar əlilliyi olan şəxslərin festivalda iştirak etməsi üçün onları ödənişsiz nəqliyyatla təmin edəcəklər.

“ANİMAFİLM Şəkidə” tədbirinin proqramı

23.11.2021

12:00-13:30 – IV ANİMAFİLM-in ən yaxşı animasiya filmləri. Yaş 7+
17:00-19:00 – IV ANİMAFİLM-in ən yaxşı animasiya filmləri. Yaş 13+

24.11.2021

12:00-13:30 – Azərbaycan animasiya filmləri. Yaş 7+
16:00-19:00 – Elçin Hami Axundovun “Kağızdan Şaxta Baba düzəlt” ustad dərsi. Yaş 7+

25.11.2021

12:00-13:30 – IV ANİMAFİLM-in ən yaxşı animasiya filmləri. Yaş 10+

17:00-19:00 – IV ANİMAFİLM-in qalibləri. Yaş 18+

2018-ci ildə yaradılmış ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Azərbaycanın ilk beynəlxalq animasiya festivalıdır. Hər il payızda keçirilən festivalda yüzlərlə yerli və xarici animasiya filmləri nümayiş etdirilir, işgüzar görüşlər, sərgilər, uşaqlar və peşəkarlar üçün ustad dərsləri təşkil olunur. Festivalın təşkil edilməsində məqsəd yerli və xarici tamaşaçıları, peşəkarları sevindirmək, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafına təkan verməkdir. Bu il təşkil olunan festival “ƏLİLLİK” mövzusuna həsr olunmuşdur.