"Xalq artisti Amaliya Pənahova dəfn olundu" - VİDEO

9-11-2018, 16:30
A+
A-

Xəbər verdiyimiz kimi, noyabrın 8-də xalq artisti Amaliya Pənahova xərçəng xəstəliyindən vəfat edib.


Magazinews.az -ın məlumatına görə, 73 yaşlı aktrisa ilə bu gün vida mərasimi keçirilib. Akademik Milli Dram Teatrında baş tutan mərasimdə sənət adamları və dövlət rəsmiləri iştirak ediblər. Dəfn mərasimində mərhumun diplomat oğlu İlqar Muxtarov, qızı və nəvələri baş-sağlıqlarını qəbul ediblər.


Qeyd edək ki, Amaliya Pənahova vəsiyyətinə uyğun olaraq, həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.