"Ekranda Sərgi" proqramı - Park Cinemada”

6-12-2018, 12:17
A+
A-

British Council dünyanın müxtəlif guşələrində yerləşən qalereyaların məşhur incəsənət sərgilərini Azərbaycan ekranlarına gətirəcək.

Magazinews.Az xəbər verir ki, British Council CoolConnections şirkəti Park Cinema ilə əməkdaşlıq edərək təsviri incəsənətə həsr olunmuş maraqlı layihənin davam etdiriləcəyini bildiriblər. "Ekranda Sərgi" proqramı dünya qalereyalarının məşhur incəsənət sərgilərini yüksək keyfiyyətlə Azərbaycan ekranlarına gətirəcək. Proqramın 7 dekabr tarixində "Devid Hokni Kral İncəsənət Akademiyasında" filmi ilə açılmağı nəzərdə tutulub. Mükafatlara layiq görülmüş və incəsənətlə bağlı sənədli filmləri olan Britaniyalı rejissor Fil Qrabskinin əməyinin məhsulu olan Ekranda Sərgi dünyanın ən tanınmış qalereyalarını, sərgilərini və rəssamlarını görmək imkanı verir. Tamaşaçılar tarixdə ilk dəfə dünyanın ən görkəmli sənət incilərini böyük ekranda yüksək keyfiyyətlə izləmək fürsəti qazacaqlar. Bu yenilikçi film seriyası dünyanın müxtəlif yerlərindən olan sənətsevərlərə tarixin ən görkəmli rəssamlarının əsərlərini izləmək və onlardan zövq almaq imkanı verir. Filmlər 50-dən çox ölkədə 1500-dən çox kinoteatrda nümayiş olunub. Məlumata görə bir milyondan çox bilet satılıb. Proqram çərçivəsində Bakıda yeddi tammetrajlı sənədli film nümayiş olunacaq. Filmlər tarixin ən görkəmli rəssamlarının şah əsərlərini yüksək keyfiyyətli rəqəmsal kino texnologiyaları təqdim olunacaq. Azərbaycan tamaşaçıları bu heyrətamiz sənədli film seriyasında bir çox görkəmli sənətkarların şah əsərlərinin tarixçəsini öyrənə biləcək. 
7 dekabr 19.00-da Alov Qüllələrində yerləşən Park Cinema kinoteatrında "Devid Hokni Kral İncəsənət Akademiyasında" filminin qapalı nümayişi keçiriləcək. Devid Hokni - təkcə Britaniyanın ən məşhur rəssamlarından biri deyil, həm də dünya incəsənətinin sensasiyası hesab olunur. Onun London, Nyu-York, Paris və digər dünya paytaxtlarında keçirilən sərgilərini dünyanın müxtəlif yerlərindən gəlmiş milyonlarla insan ziyarət edir. Yaşı artıq 80-i ötmüş rəssam hazırda da fəaliyyətini davam etdirmək niyyətindədir. Bu film Hokninin 2012 və 2016-cı illərdə London şəhərində Kral Rəssamlıq Akademiyasında keçirilmiş iki böyük sərgisinə, rəssamın verdiyi mənalı və səmimi müsahibələrə əsaslanır. Rejissor Fil Qrabski XXI əsrin ən böyük sənətkarlarından birinin kinematoqrafik portretini yaradır.

Britaniya Şurası haqqında: “Britaniya Şurası Böyük Britaniyanın mədəni əlaqələr və təhsil imkanları üzrə beynəlxalq təşkilatıdır. Biz 100-dən çox ölkə ilə mədəniyyət və incəsənət, ingilis dili, təhsil və vətəndaş  cəmiyyətinin qurulması sahəsində əməkdaşlıq edirik. Keçən il biz səsimizi 75 milyon insana birbaşa, ümumilikdə 758 milyon insana isə onlayn şəkildə, yayımlar və nəşrlər vasitəsilə çatdırmışıq. Biz əməkdaşlıq etdiyimiz ölkələrə töhfəmizi veririk – biz imkanlar yaradaraq, əlaqələr quraraq və etibarımızı möhkəmlədərək həyatları dəyişirik. Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Böyük Britaniyanın Kral Xartiyası əsasında fəaliyyət göstərən xeyriyyə təşkilatı və Böyük Britaniyanın dövlət qurumuyuq. Biz Böyük Britaniya hökumətindən 15% əsas maliyyələşdirmə qrantı alırıq. Britaniya Şurası Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir. Biz 2018-ci ildə Britaniya Şurasının fəaliyyətinin 25-ci ildönümünü Böyük Britaniya və Azərbaycan arasında mədəni münasibətlər və mübadiləyə həsr edilmiş silsilə tədbirlərlə qeyd edirik.”

Qeyd edək ki, filmlər Alov Qüllələrində yerləşən "Park Cinema" kinoteatrında nümayiş olunacaq. Biletlərin qiyməti 9 manatdır. Onları onlayn şəkildə, eləcə də Alov Qüllələrinin Park Cinema kassalarından əldə etmək mümkündür.