“Sevgimi çatdırmaq istəyirəm” - Lalə Ümid

23-01-2019, 18:27
A+
A-

“Azərkitab-Kitab Təbliğatı Mərkəzi”-də yazıçı Lalə Ümidin “Sevgi dərsi” və “Vicdanla sövdələşmə”-adlı kitablarının təqdimat mərasimi baş tutub.

Magazinews.Az xəbər verir ki, təqdimat mərasimində kitabsevərlərlə yanaşı, müasir Azərbaycan ədəbiyyatının ən çox oxunan nasir və şairləri iştirak edib. Onlar tədbirin səbəbkarının kitabları barədə fikrlərini bölüşüblər. Müəllif kitabında doğma vətəninə məhəbbəti, ata-oğul münasibətləri, insanların xoşbəxtliklərindən və təbiətin füsünkarlığından bəhs edən hekayələr toplayıb.

Lalə Ümid media nümayəndələrinə tədbir barədə təəsüratlarını bildirib:
“Bu kitab 12 hekayədən ibarətdir. 5 aya ərsəyə gəldi. Hekayələrimiz sevgidən, doğma torpağa olan məhəbbətdən, ata-oğul münasibətləri, ananın uşağına olan sevgisindən, kişinin qadına bəslədiyi sevgidən bəhs edir. Bu kitablar vasitəsilə öz oxucularıma sevgimi çatdırmaq istəyirəm”.

Hər iki kitab - “Sevgi dərsi” və “Vicdanla sövdələşmə” müəllifin rəsmləri ilə illusturasiya olunub. 

Qeyd edək ki, Lalə Ümid “Azərbaycan Yazıçılar Birliyi”-nin nəznindəki “Luc” Ədəbiyyat Assosiyasiyasının məsul katibi vəzifəsində çalışır. O, 2016-cı ildən “Azərbaycan Rəssamlar İttifaqı”-nın üzvüdür. Onun 2014-cü ildə “Gənclər günü” münasibətilə “Ümid”-adlı sərgisi keçirilib. Yazarın 2018-ci ildə isə “Sevgi dərsi” kitabı rus dilində işıq üzü görüb. Kitab Azərbaycan dilinə də tərcümə olunub.

Fotolar: Sübhan İsmayılov