British Council incəsənət və əlillik sahəsində həyata keçirilən dörd illik proqramın son performansı - "Arqonavtlar" tamaşasını təqdim edir

25-09-2019, 12:32
A+
A-

"CANDOCO" RƏQS ANSAMBLI  "LOST DOG"  MÜASİR RƏQS VƏ TEATR ŞİRKƏTİNİN ƏMƏKDAŞLIĞI VƏ "BRİTİSH COUNCİL"IN DƏSTƏYİ İLƏ "BRİTİSH COUNCİL"IN DÖRD İLLİK "UNLİMİTED: LİMİTSİZ ADDIMLARA DOĞRU" PROQRAMININ YEKUN ŞTRİXİ OLACAQ "ARQONAVTLAR" (THE ARGONAUTS) TAMAŞASINI TƏQDİM EDİR. PROQRAM SEMİNARLAR, TƏHSİL FORUMLARI VƏ CANLI İFALARLA ƏLİLLİYİ OLAN AKTYORLARIN CƏNUBİ QAFQAZ VƏ UKRAYNADA PEŞƏKAR İNCƏSƏNƏT SƏHNƏSİNƏ DAXİL EDİLMƏSİNİ MÜDAFİƏ EDİR.


Magazinews.Az xəbər verir ki, "Arqonavtlar" 28 sentyabr 2019-cu il tarixində, saat 18:30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının  səhnəsində ifa ediləcək. Bu inklüziv şou bu ilki şeir, incəsənət və mənəviyyata həsr olunan "Nəsimi Festivalı"nın  tərkib hissəsinə daxildir. Tamaşadan sonra "Candoco" rəqs ansamblı iki 30 dəqiqəlik performans ifa edəcək: "Üz-üzə" (Face In) və "İkimiz də bilirik" (You and I Know). "Arqonavtlar"ın Bakıda səhnələşdirilməsi Heydər Əliyev Fondu,  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi  və Britaniyanın Azərbaycandakı Səfirliyinin  dəstəyi ilə mümkün olub.

Tamaşada qonaq qismində də Böyük Britaniya və Şimali İrlandiyanın ölkəmizə yeni təyin olunmuş səfiri cənab Ceyms Şarp iştirak edəcək.

Qeydiyyat ödənişsizdir. Biletləri https://nasimifestival.live/en/program/  ünvanında sifariş etmək mümkündür.
Daha ətraflı məlumat: https://bit.ly/2OZWYP1 
Fotoşəkillər: https://flic.kr/s/aHsmG3UhdC 

KİV nümayəndələrini bu tədbirdə iştirak etməyə dəvət edirik. Xahiş edirik dəvətnamə almaq və saat 18:00-da qısa media-brifinqinə qoşulmaq üçün bizimlə əlaqə saxlayın. "British Council"ın Azərbaycanda ölkə üzrə direktoru cənab Samr Şah bildirib: "Biz "Arqonavtlar"ı və "Candoco" rəqs ansamblını incəsənət və əlillik sahəsində həyata keçirilən "Unlimited" proqramının yekun performansının keçirilməsi üçün Bakıda böyük məmnuniyyətlə salamlayırıq. Biz son dörd il ərzində 100-dən çox əlilliyi olan aktyor və mədəniyyət liderinin fəaliyyətini dəstəkləmiş, Birləşmiş Krallığın mədəniyyət resurslarından istifadə edərək incəsənət sahəsində inklüzivliyi təşviq etmiş, Azərbaycanın aparıcı incəsənət və mədəniyyət obyektlərinin əlillər üçün daha müyəssər olması üçün onlarla əməkdaşlıq etmiş və ictimaiyyətin əlillik haqqında düşüncəsini dəyişməyə və daha inklüziv cəmiyyət yaratmağa öz töhfəmizi vermişik." 

"Arqonavtlar" tamaşası əlilliyi olan və olmayan on peşəkar və həvəskar rəqqasın bir araya gələrək necə vahid orqanizm kimi çıxış etməsini nümayiş etdirir.  Peşəkar performans 2019-cu ilin iyun ayından sentyabrına kimi sənətkarların Kiyevdə yaşadığı müddətdə cəmi 20 günə hazırlanıb.

"Arqonavtlar" Lost Dog müasir rəqs və teatr şirkətinin bədii rəhbəri Ben Dyukun əsəridir. O, bu ifanın üzərində "Candoco" rəqs ansamblının aktyorları Velli O’Brayen və Cemayma Hoadli və prodüser Elli Duqlas-Allanla birlikdə işləyib. 20 dəqiqəlik ifa "hekayətləri təkrar-təkrar söyləyərək fərdi və kollektiv mənsubluq hissimizi necə yaşadığımıza bir nəzər salır. Bu, mifik və adi ssenarilərdən bəhs edən, onların bir-birinə düşündüyümüzdən daha yaxın olmasını anladan bir sənət əsəridir." (Ben Dyuk, Bədii rəhbər, Lost Dog).

Daha ətraflı məlumat üçün nəzər salın:
https://www.britishcouncil.az/programmes/arts/unlimited 

British Council Azərbaycan bütün əsas tərəfdaşları, o cümlədən Nəsimi Festivalı, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Britaniyanın Azərbaycandakı Səfirliyinə dərin təşəkkürlərini bildirir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Milli Paralimpiya Komitəsi, "Buta Palace" və Su İdmanı sarayına göstərdikləri dəstəyə görə xüsusi olaraq minnətdarıq.

Bizim fəaliyyətimiz müxtəlif mədəniyyətləri bir araya gətirən mənalı, davamlı və hörmətli münasibətlərin qurulmasına əsaslanır. Biz bunu bərabərlik, inklüzivlik və fərqlilik prinsiplərinə dərin sadiqlik hissi olmadan həyata keçirə bilmərik.

"Arqonavtlar" Yason və Medeya haqqında mifin fraqmentləşdirilmiş formada sözlər, musiqi və hərəkətlər vasitəsilə təqdim edilməsindən ibarətdir.  Tamaşa hekayətləri təkrar-təkrar söyləyərək fərdi və kollektiv mənsubluq hissimizi necə yaşadığımıza bir nəzər salır. Arqonavtlar məşhur gəmilərini təzə taxta parçaları ilə təmir etdiyi kimi biz də bu məşhur əfsanənin bəzi hissələrini öz hekayələrimizlə əvəz etmişik, amma "Arqo" əvvəlki gəmi olaraq qalıb. Mifik və adi hekayələr bəzən çox fərqli görünə bilər, lakin bunların hər ikisi emosional həyatımızın qeyri-adi materialından hazırlanıb.
Yasmin Qodderin "Üz-üzə" tamaşası gözqamaşdırıcı obrazlar, cəsur və azad rəqslə ifadəsini tapmış, yaxınlıq və dərin xülyalara həsr edilmiş ehtiraslı və həyəcanverici bir nəğmədir. İfa üçün urban-hindi musiqisini seçmiş "Candoco" sizi narahatedici yaxınlığa və qeyri-adi təhriflərə malik olan bu vəhşi, uydurma aləmdən həzz almağa dəvət edir.

Sənətinin zirvələrinə yol salan istedadlı xoreoqraf Arlen Filipsin əsəri olan "İkimiz də bilirik" qısa zaman kəsimlərindən ibarət seriya formasında nəql edilən romantik duetdir. Pop musiqisinin sədaları altında ehtiras və hissiyyatla ifa edilən bu güclü və nəfəskəsici rəqs tamaşaçılara çox vaxt eyni adama necə təkrar-təkrar aşiq olduğumuzu və sevgimizin necə bitməsini göstərir.
Əlavə məlumat əldə etmək üçün Dilarə İbrahimova, İncəsənət üzrə menecer ilə əlaqə saxlayın: dilara.ibrahimova@britishcouncil.az

Qeyd edək ki, British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Biz Birləşmiş Krallıq və digər ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşma münasibətləri yaradırıq. Biz bunu Birləşmiş Krallığa və birgə çalışdığımız ölkələrə müsbət töhfələr verərək - imkanlar yaratmaqla insanların həyatını dəyişərək, əlaqələr quraraq və inam yaradaraq edirik. Biz dünyanın 100-dən çox ölkəsində mədəniyyət və incəsənət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahələrində fəaliyyət göstəririk. Keçən il 80 milyondan çox insana üz-üzə və ümumilikdə 791 milyon insana onlayn, yayımlar və nəşrlər vasitəsilə səsimizi çatdırmışıq. Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası tərəfindən idarə edilən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumuyuq.

www.britishcouncil.az