Dünyanın ən cəld pianoçusu Bakıya gəlir - VİDEO

11-10-2019, 10:31
A+
A-

22 noyabr tarixində dünyanın ən məşhur pianoçusu Peter Bence «Dünya Turu» çərçivəsində Bakı Konqres Mərkəzində çıxış edəcək.

Magazinews.Az xəbər verir ki, dünyanın ən cəld pianoçusu kimi tanınaq sənətçi yeni proqramı ilə Bakıda tamaşaçıların qarşısına çıxacaq. O, Bakıda sayca 2-ci konsertini verəcək.

Öz mükəmməl ifası və heyrətamiz bacarığı ilə dinləyicilərə musiqi bayramı yaşadacaq.

Gecənin xüsusi qonağı qismində, Azərbaycanın Əməkdar artisti, tar ifaçısı Şəhriyar İmanov da səhnə alacaq. Musiqili gecə əyləncəli və unudulmaz anlara şahidlik edəcək.

Dünyaca məşhur xitlərin ifasından həzz almaq və möhtəşəm şounu qaçırmamaq üçün konsertə üz tuta bilərsiniz.

Qeyd edək ki, biletləri şəhərin kassaları, Asan xidmət mərkəzləri, 28 Mall, Gənclik Mall, Park Bulvar ticarət mərkəzlərindən - İticket.az http://bit.ly/2PoVZEL  saytından əldə edə bilərsiniz. 

🎫 30 – 140 AZN
📆 22.11.2019
 20:00
📍 Bakı Konqres Mərkəzi / Бакинском Конгресс Центре
 +994 50 354 90 54