Peter Bence Bakıdadır - YENİLƏNİB+FOTO/VİDEO

21-11-2019, 16:24
A+
A-

Xəbər verdiyimiz kimi, dünyanın ən cəld pianoçusu olan Peter Bence paytaxt Bakıda konsert proqramı ilə çıxış edəcək.

Bu münasibətlə, Beynəlxalq Muğam Mərkəzində baş tutan görüşdə pianoçu jurnalistlərin ona ünvanladığı sualları cavablandırıb.

Milli mətbəximizi çox bəyəndiyini söyləyən qonaq bunları söyləyib.

"Burada olmaqdan məmnunam. Şəhəriniz çox gözəldir. Sabah konsertimizdə repertuarımda olan köhnə və yeni musiqiləri ifa edəcəm. Digər ölkələrin musiqiçilərini izləmirəm. Həm onlardan nələrisə götürmək istəmirəm, həm də buna vaxtım azdır. Öz musiqilərimi ifa etməklə məşğulam. Sizin musiqiçilər barədə məlumat toplayacam". 

Xatırladaq ki, Peter Bence 22 noyabrda «Dünya Turu» çərçivəsində Bakı Konqres Mərkəzində tamaşaçıların qarşısına çıxacaq. Gecənin xüsusi qonağı qismində, Azərbaycanın Əməkdar artisti, tar ifaçısı Şəhriyar İmanov səhnəyə çıxacaq. 

Qeyd edək ki, konsert "MGM Production"ın təşkilatçılığı ilə həyata keçirilir.


Tural Hüseyn 

Magazinews.Az 






19 noyabr, 15:05


"Peter Bence media nümayəndələri ilə görüşəcək"


21 noyabr tarixində, saat 11:30-da dünyanın ən cəld pianoçusu olan Peter Bence-nin Beynəlxalq Muğam Mərkəzində mətbuat konfansı keçiriləcək.

Magazinews.Az xəbər verir ki, dünyanın ən cəld pianoçusu kimi tanınan sənətçi yeni proqramı ilə sayca ikinci dəfə paytaxt tamaşaçıların qarşısına çıxacaq. 

Qeyd edək ki, konsert "MGM Production" tərəfindən təşkil olunur. Musiqiçinin 22 noyabrda «Dünya Turu» çərçivəsində Bakı Konqres Mərkəzində çıxışı nəzərdə tutulur.

Gecənin xüsusi qonağı qismində, Azərbaycanın Əməkdar artisti, tar ifaçısı Şəhriyar İmanov da səhnə alacaq. 

Qeyd edək ki, biletləri şəhərin kassaları, Asan xidmət mərkəzləri, 28 Mall, Gənclik Mall, Park Bulvar ticarət mərkəzlərindən - İticket.az http://bit.ly/2PoVZEL  saytından əldə edə bilərsiniz. 

🎫 30 – 140 AZN
📆 22.11.2019
⏰ 20:00
📍 Bakı Konqres Mərkəzi / Бакинском Конгресс Центре
☎ +994 50 354 90 54