Animafilm məktəbi iki aylıq online "3D animasiyanın əsasları kursu"na start verir

30-08-2020, 11:15
A+
A-

Animafilm məktəbi iki aylıq online "3D animasiyanın əsasları kursu"na start verir. Dərslər həftədə iki dəfə iki saat olmaqla Zoom proqramı vasitəsi ilə keçiriləcək.

Magazinews.Az xəbər verir ki, dərs zamanı tələbələr 3D animasiyanın sirrləri və animasiya qanunlarını peşəkar animator Zaur Nəbiyevdən öyrənəcəklər. 

2013-cü ildən 3D animasiya ilə məşğul olan Zaur Nəbiyev, ilk illər ANS şirkətlər qrupunun “Balans” studiyasında çalışdı. 2015-ci ildən “Azanfilm” studiyasında və 2017-ci ildən freelancer olaraq Rusiyanın “Parovoz” studiyasında, həmçinin Ukraynanın müxtəlif studiyalarında çalışdı. 2018-ci ildən həm də oyun sənayesindən freelancer animator kimi çalışır. “Əlifba”, “Mənim balaca Şahzadəm”, “Cırtdan və sehrli xalat”, “Taxtalar”, “Moki”, “Pişiklər və itlər” və başqa çoxsaylı yerli və xarici filmlərdə 3D animator kimi çalışmışdır.

Zaur Nəbiyevin showreeli: https://youtu.be/Yx0yilyv0JE

İki aylıq kursun sonunda tələbələr sertifikatla təltif olunacaq. İlk dərs pulsuzdur və sentyabr ayının 1-i başlayır. Qeydiyyatın son tarixi 30 avqustdur.

Dərs cədvəli aşağıdakı kimidir:
1) Animasiyaya giriş və animasiyanın əsasları
2) Alətlərə giriş
3) Planlaşdırma
4) Animasiya qanunları - 1
5) Animasiya “yerimə”
6) Animasiya qanunları - 2
7) Quyruqlu topun animasiyası
8) Məsləhət və fəndlər

MAYA proqramını yükləmək üçün link tələbələrlə tanışlıq zamanı müəllim tərəfindən göndəriləcək.      

Animafilm məktəbi Animafilm beynəlxalq animasiya festivalının nəzdində fəaliyyət göstərən uşaqlar və böyüklər üçün animasiya məktəbidir. Ətraflı məlumat üçün Animafilm məktəbinin Facebook və ya Instagram səhifəsinə yaza bilərsiniz:

Facebook: https://www.facebook.com/animafilmschool/

Instagram: https://www.instagram.com/animafilm.school/