DokuBaku Beynəlxalq Sənədli Film Festivalı baş tutur

3-12-2020, 11:52
A+
A-

30 Noyabr tarixində 4-cü DokuBaku Beynəlxalq Sənədli Film Festivalının açılışı baş tutub. 30 Noyabr - 6 Dekabr tarixlərində baş tutacaq festival ilk dəfə  online baş tutur.


MAGAZİNEWS.AZ xəbər verir ki, festivalda 4 fərqli kateqoriyada ümumi 30dan çox film müsabiqədə iştirak edir. Bu il əvvəlki illərdən fərqli olaraq izləyicilər filmləri böyük ekranda deyil, evdən öz ekranlarından izləyə bilir.. Müsabiqə filmləri online olaraq DOC ALLIANCE-a məxsus  Dafilms.com platformasından izləyə bilirlər. İlk dəfə olaraq yerli auditoriya üçün filmlər Azərbaycan dilində subtitrlarla ödənişsiz olaraq nümayiş olunur.


Festivalda müsabiqədən kənar iki film nümayişi və bundan əlavə ChaiKhana bölməsində müsabiqədən kənar 3 sənədli film nümayişi yer alacaq. Açılış filmi rejisor Hilal Baydarovun “Xurmalar yetişəndə” filmidir. Rəsmi proqram https://www.dokubaku.az/program


Festival ilk dəfə olaraq tamamilə online keçirilir və açılış mərasimi, əlavə film müzakirələri və digər bütün fəaliyyətlər online baş tutur. Yerli auditoriya üçün maraq doğuran aktivliklərdən biri də rejjisor və produserlərlə online müzakirələrdir. 

Online baş tutan festivalın açılış çıxışında Festivalın həmtəsisçiləri İmam Hasan və Veronika Janatkova və İcraçı Direktor Oktay Namazov izləyiciləri fərqli formatda salamlayıb. Covid pandemiyası insanların ən çox mədəni fəaliyyətinə zərər vurduğu bir dövrdə çətin də olsa festivalın baş tutması gözəl bir təşəbbüsdür. 


Beynəlxalq və yerli mütəxəssislərdən ibarət  jüri heyəti 4 kateqoriyada qalibi seçəcək. Festivalın jüri heyətində Ən yaxşı Uzunmetrajlı Sənədli Film kateqoriyası üçün Əli İsa Cabbarov, Laura Koppens, Səidə Baxşıyeva, Ən yaxşı Beynəlxalq Qısa və Yerli Sənədli Film kateqoriyasında Durna Səfərova, Uolter Naqi, Yüksel Doğan, X kateqoriyasında isə  Elvin Cəbizadə, Aysu Akcan, Hüseyn Cəlilvənd qalib filmləri seçəcək.