Azərbaycanda ilk dəfə PLAYBACK TEATRI-nın 3D qrafikalı animasiyadan istifadə etməklə tamaşası hazırlanmışdır - VİDEO - FOTO

29-12-2020, 13:51
A+
A-


Azərbaycanda ilk dəfə Playback teatrı janrında tamaşa hazırlanmış və 3D qrafikalı sosial animasiyalı sosial çarx formasında ictimaiyyətə təqdim edilmişdir.

MAGAZINEWS.AZ xəbər verir ki, bullinq və nifrət nitqinin müxtəlif formaları psixoloq-konsultantlar  tərəfindən təhlil edilmiş və “Şah Mat” teatrının kollektivi tərəfindən vahid tamaşa formasında səhnələşdirilmişdir.

Sosial çarx Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Playback (oxucu hekayələri teatrı) nifrət nitqinə, bullinqə qarşı" layihəsi çərçivəsində hazırlanmışdır.

Layihə zamanı sosial çarx ilə yanaşı psixoloqlar Kamil Həmidovun, Turan Balaşzadənin və Fidan Abdullayevanın moderatorluğu 4 region (Bakı, Lənkəran, Quba, Şamaxı) üzrə 200-dən çox gənclərlə, o cümlədən gənc müəllimlərlə “bullinq” mövzusunda ilə seminarlar keçirilmişdir.

 “Addım” GİM ictimai birliyi məkan dəstəyinə görə NAYORA-ya, təşkilati dəstəyə görə Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional bölmələrinə, YAP-ın Şamaxı rayonu Gənclər Təşkilatına və əməkdaşlığa görə “Şah Mat” tetarının istedadlı kollektivinə təşəkkür edir.