"Rok-n-roll" Akademik Musiqili Teatrın səhnəsinə gəldi - FOTOLAR + VIDEO

15-07-2021, 15:20
A+
A-

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet truppası növbəti maraqlı layihəyə imza atıb.

MAGAZINEWS.AZ xəbər verir ki,"Rok-n-roll"un əsasında hazırlanan rəqs kompozisiyası klip formatında təqdim olunub. Rəqsin quruluşu gənc balet artistləri Kamran Həsənov və Aynurə Əsgərovaya aiddir. Onlar həm də həmkarları – Rəbiyyə Əliyeva, Elvira Əzizova, Süsən Orucova, Məhəmməd Abdullayevlə birgə səhnəni bölüşüblər.

Teatrın rejissor assistenti, eyni zamanda istedadlı aktyoru Elməddin Dadaşov da bu layihənin iştirakçısıdır. Kompozisiyanın quruluşçu rejissoru və montajçısı Alvin Mahmudov, musiqi tərtibatçısı Azər Məhərrəmovdur. Video-çarxda teatrın texniki heyəti – işiq, geyim, qrim sexlərinin əməkdaşlarının da zəhməti qabarıq görünür. Ritmik musiqi sədaları ilə səhnənin bədii tərtibatı – dekorasiya elementləri, işıq effektləri, ifaçıların kostyumları və digər komponentlər harmoniya təşkil edir.

Qeyd edək ki, "Rok-n-roll" istedadlı balet artistləri Kamran və Aynurənin birgə hazırladıqları ilk layihə deyil, bundan öncə də “Flomenko” balet kompozisiyasını onlayn şəkildə sosial şəbəkə izləyicilərinə təqdim etmişdilər.