Zaur Darabzadə kinoteatrlarda əyləşmə qaydaları haqqında danışdı - VIDEO

10-12-2021, 12:50
A+
A-

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə İctimai televiziya kanalında “Dikdaban” verilişinin qonağı olmuşdur.

MAGAZINEWS.AZ-ın məlumatına görə, verilişdə Zaur Darabzadə kinoteatrlarda pandemiya zamanı kinoteatrlarda əyləşmə qaydaları haqda ətraflı məlumar verdi:

“Mən istəyirəm ki, bu qaydaları tamaşaçılarımız da bilsin, çünki o vaxtlar çox suallar verilib bu haqda. Tamaşaçıların əksəriyyəti düşünürlər ki, əgər ailə üzvləri və ya dostları ilə gəlsələr bir nəfərdən bir oturacaqlar. Bu heç belə deyil. Operativ Qərarqah tərəfindən bizə qoyulan şərtlərdən biri odur ki, zalın yalnız 50% dolmalıdır. Biz isə bu formada bunu həyata keçirtdik. Məsələn, siz üçünüz kinoya gəlirsinizsə, ailə üzvləri olmasanız belə siz üçünüz bir yerdə oturacaqsınız, yəni aranızda boş yer olmayacaq. Amma sizinlə sizdən sonra gələn tamaşaçılar arasında bir və ya iki boş oturacaq buraxırıq ki, sosial məsafəni qoruyaq. Çünki siz zatən bir yerdə gəlirsiniz, bir içtimai nəqliyyatdan istifadə edirsiniz, bir içtimai obyektdən - kafedən çıxıb gəlmisiniz. Və maskadasınız. Amma təbii ki, siz kinoteatrda olduğunuz zaman popkorn yeyirsiz, su içirsiz. 3 saat maskada su içmədən filmə baxa bilməzsiniz və maskanı çaxardırsınız».