Nərmin Qazaxıstanın Müstəqillik günündə səhnəyə çıxdı - FOTOLAR

13-12-2021, 20:50
A+
A-

Ötən il “Voice of Turan” müsabiqəsində qalib olan müğənni Nərmin Kərimbəyova Qazaxıstana dəvət edilib.

Rol aldığı “Nazik mətləb” filminin qala gecəsinə də buna görə qatılmayan ifaçı Qazaxıstanın Müstəqillik günündə səhnəyə çıxıb.

Türkistan şəhərində səhnə alan Nərmin Kərimbəyova bununla yanaşı bir neçə dövlət və özəl tədbirdə də yer alıb. Müğənni bu barədə İnstaqram hesabında paylaşımlar edib.

“Özümü bugünədək heç yerdə bu qədər sevilən hiss etməmişdim. Tam səmimi sözümdür. Tarixi abidələri görmək, fərqli təamlar dadmaq, Qazaxıstanın Müstəqillik günündə onlarla birlikdə olmaq böyük qürur və xoşbəxtlikdir. Hörmət və dəyər gördüyüm yerdə nəinki qonaq olmaq, yaşamaq da istəyirəm”, - deyə, Nərmin səfəri barədə fikirlərini yazıb.