Yenidən maqazin proqramı aparacaq

12-01-2022, 12:27
A+
A-


Aparıcı Afaq Gəncəli yenidən maqazin proqramı ilə tamaşaçıların qarşısına çıxacaq.

Bu barədə “Qafqazinfo”ya aparıcının özü məlumat verib. Onun sözlərinə görə, veriliş “Xəzər” TV-də həftədə bir dəfə efirə gedəcək:

“Tam fərqli format olacaq. Tamaşaçıları təəccübləndirə biləcəyimizə inanırıq”.

Aparıcı verilişin adını tam dəqiqləşmədiyinə görə açıqlamayıb.

Qeyd edək ki, A.Gəncəli uzun illər ATV-də maqazin proqramının aparıcısı olub. Onun telekanaldan gedişindən sonra “ATV maqazin onlarla” verilişi bağlanıb. O, həmçinin hazırda “Xəzər” TV-də həmkarı Tural Əsədovla “Səhər mərkəzi” proqramını təqdim edir.