"Qış nağılı" filminin Türkiyəli məşhurlarının Bakıdakı görüşü" - FOTOLAR - VİDEO

13-10-2018, 15:00
A+
A-
"CinemaPlus Ganclik Mall" kinoteatrında məşhur türk mügənnisi Xəlil Sezai, aktrisa Müge Boz, həmçinin, "Qiş Nagili" filmində oynamış azərbaycanlı mügənni, aktyorların iştirakı ilə mətbuat konfransı keçirilib.

Magazinews. az xəbər verir ki, "Qış nağılı" filmi Cinemazadeh şirkətinin 2018-ci ildəki ən böyük layihəsidir.

Filmin baş prodüseri Cəfər Axundzadənin dediyinə görə, filmdə demək olar ki, baş qəhrəman yoxdur:

"Filmin maliyyə xərcləri barədə onu deyə bilərəm ki, müasir Azərbaycan filmləri arasında ən bahalısıdır. Primyeramız dekabr ayına təsadüf edəcək. Film Türkiyə və Avropa kinoteatrlarında nümayiş olunacaq. Çəkilişlərimiz  yay aylarından başlayıb. Yayda qışı yaratmaq istədiyimiz üçün, süni qar yağdırmaq lazım gəldi. Buna görə, İrandan mütəxəssislər gətirdik. Türkiyəli mütəxəssislərlə məsləhətləşdik.”

Filmin mövzusuna gəlincə isə neçə ildir nişanlana bilməyən və  yeni il günü nişan etmək qərarına gələn cütlüyün hekayəsi gülüşlə dolu anlarla zəngin olur. Ekran işi yeni il gecəsi bir oteldə baş verən bir neçə hekayədən ibarətdir. Hekayənin qəhrəmanlarını - Elcan Rəsulov, Oksana Rəsulova, Xalq artisti Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev, Asya Abdullayeva canlandırır.
Nişanda iştirak etmək üçün otelə gələn dostların hekayəsinin baş qəhrəmanları isə Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Rövşən Məmmədli, müğənnilər Samirə Əfəndiyeva, Dilarə Kazımovadır. Ailəsinə öz hesabına böyük otel otağı kirayə götürən imkanlı şəxslə, radioda bilet udaraq Yeni ili qeyd etməyə gələn cütlüklərin hekayəsində baş qahrəmanların rolunda Murad Dadaşov, Günel Məmmədova, Məcid Hüseynov və Şəlalə  Şahvələdqızı çıxış edir.
Sevgilisinə özünü sübut etmək istəyən gəncin hekayəsində qəhramanları isə İslam Mehrəliyev, Kəmalə Piriyeva, Nofəl Şahlaroglu və Ceyhun Zeynalovdur. Yeni il şousu üçün otelə Türkiyədən tanınmış müğənni Halil Sezai və aktrisa Müge Boz dəvət olunur. Otelin heyətini Əbdül Mahmudov, Elməddin Cəfərov, Aqil M. Quliyev, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra, Vüsal Hacıqədir canlandırır. Həmçinin, İlkin Həsəni, Tural Əsədov kimi ulduzlar da filmdə rol alan aktyorlardandır.

Daha sonra Türkiyəli qonaqlar media nümayəndələrinin suallarını cavablandırıblar:

"Bizim ilk işbirliyimiz oldu. Necə film alındığına izləyicilər qərar verəcəklər.
Çox əyləncəli bir çəkiliş oldu. Böyük həyəcanla təqdimatımızı gözləyirik. Sizin aktyorlarla çalışmaqdan çox məmnun olduq. Açıq desək, belə güclü aktyorların olduğunu gözləmirdik. İşlərinin peşəkarıdırlar. Əla tərəf müqavilidirlər. Bakıdan ev almaq da planlarımızda ola bilər."

Halil Sezai film yeni il ərəfəsində olduğu üçün mahnı da ifa etdiyini qeyd etdi. Bundan əlavə, növbəti gəlişində konsert müjdəsi ilə sevənlərini sevindirə biləcəyini dedi.


Qeyd edək ki, filmin baş prodüseri, ideya müəllifi və quruluşçu-rejissoru Cəfər Axundzadədir. Ssenarisi Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadəyə aiddir. Quruluşçu-operator Rauf Qurbanaliyev və Orxan Mammadov, səs rejissoru - Orxan Ağalarov, quruluşçu-rəssam - Zaur Abdullayev, geyimlər üzrə rəssam Mehriban Əfəndi, qrim üzrə rəssam - Aytən Hüseynzadə, ikinci rejissor - Vüsal Haciqədir, Post-prodakşn supervayzer - Vüqar Islamzada, vizual effektlər üzrə dizayner - Rəşad Əfəndivev. Misiaili direktor - Aynur Axundzadə, saundtrekin bəstəkarı Elvin Novruzov, icraçı prodüsser - Emil Davudzadə, marketing direktoru - Zaur Darabzadədir.

Tural Hüseyn

Fotolar: Ramin Qurbanov