“Yıldız Tilbe ilk dəfə Bakıda” - FOTOLAR - VİDEO

14-10-2018, 15:20
A+
A-

Ötən gün “Bakı Konqres Mərkəzi”-də Yıldız Tilbenin konserti keçirilib.


Magazinews.az xəbər verir ki, müğənni paytaxt Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edib. İki saatlıq canlı ifa edən sənətçi mükəmməl səhnə performansı ilə diqqət çəkib. Tükiyəli ulduz səhnədə ifası zamanı sevilən xitləri ilə yanaşı, bir neçə Azərbaycan mahnıları səsləndirib.


Müğənni səhnədə tamaşaçılarla səmimi ünsiyyət quraraq, onlarla zarafat da edib. O, səhnədə ilk dəfədir Bakıya gəldiyini, buranı çox bəyəndiyini bildirib. Bundan başqa, sənətçi kətədən çox xoşu gəldiyini deyərək, kətə istəyib.


Konsert zamanı bir geyimdən istifadə edən Türkiyəli ulduz ağ parıltılı libasa üstünlük verib.


Gecədə diqqət çəkən bir neçə məqam olub. Belə ki, konsertə gələn yerli sənətçilərimizdən olan müğənnilər Niyam Salami  Kərim Abbasov gətirdikləri gül dəstəsini səhnəyə çıxaraq Yıldıza təqdim etmək istəyən sənətçilər Türkiyəli təşkilatçılar tərəfindən səhnəyə buraxılmayıb. Tilbenin ifası zamanı, səhnənin qarşısına keçib gül verməklərinə də icazə verilməyib. Onlar yalnız ifa bitdikdən sonra gətirdikləri gül dəstəsini sənətçiyə verə biliblər.


Bundan əlavə, müğənni Zenfira İbrahimovanın səhnəyə dəvət olunması xahiş olunub. Lakin səhnəyə çıxan sənətçinin istəyi baş tutmayıb. Yıldız Tilbe duet oxumaq istəyindən vaz keçərək, təkcə oturub dinləməklə kifayətlənib. İbrahimova ikinci mahnısını ifa edərkən Yıldızı duet oxumaq üçün yenidən yanına dəvət etsə də, bu dəfə də təklifə biganə qalıb. Tilbe çıxışın sonunda Zenfiraya alqış istəyib.


Qeyd edək ki, konsertində hitlərini sıralayan ifaçı sevənləri ilə bolluca şəkillər çəkdirib. Sənətçinin rəqsləri də konsert izləyiciləri üçün xoş təəsürat yaradıb.


Tural Hüseyn


Fotolar / Video: Zaur Hacıyev