"Qaragöz" -ün təqdimatında yaşananlar" - FOTOLAR - VIDEO

17-10-2018, 16:55
A+
A-

Nizami Kino Mərkəzində “Qaragöz” filminin təqdimat gecəsi baş tutub.

Magazinews.az xəbər verir ki, Oksana Rəsulova, Elməddin Cəfərov, əməkdar artist Hüsniyyə Mürvətova,  AbdulKəbir Kərimov və digər aktyorlar çəkilib. Film "Qara" adlı qəhrəmandan bəhs edir.

Jurnalistlərin suallarını cavablandıran Elməddin Cəfərov canlandırdığı obrazın Mirzə Fətəli Axundovun yaratdığı obrazı “Hacı Qara” ilə oxşarlıqlarından danışıb:

"Qara olduqca xəsis insandır. İndiyə qədər ifa etdiyim ən çətin rolum oldu. Film ərzində obrazımın xarakteri 4-5 dəfə dəyişir. Sonunda Qara tamam ayrı bir adam olur.Ekran işimizdə xəsislik, ata qayğısı, sevgi, ağlamaq, faciə kimi məqamlar var. Filmdə “Arşın mal alan” tamaşasını ifa etmişik. Mən Əsgər rolunu ifa edirdim."

Filmin rejissoru Orxan Mərdan film barədə təəsüratlarını bildirib:

"Filmdə hadisələr Qaranın evində, işlədiyi teatrda, Bakının müxtəlif yerlərində və Qəbələdə olur. Komediya janrındakı işimizə tanınmış simaları cəlb etməyə çalışdıq.”

Filmin nümayişindən əvvəl kiçik konsert proqramı nümayiş olunub. Rüstəm Zeynallının müşayiəti ilə orkestr "Qaragöz" filminin müsiqisini canlı ifa edib.

Tural Hüseyn

Fotolar: Ramin Qurbanov