“Əməkdar artistin “Şərhsiz” konserti baş tutdu” - FOTO - VİDEO

21-10-2018, 15:46
A+
A-

Bakı Konqres mərkəzində estradanın sevilən ulduzlarından olan, əməkdar artist Tünzalə Ağayevanın konserti keçirilib.

Magazinews.Az xəbər verir ki, müğənni səhnəyə “Bir də baxım” adlı mahnısı ilə çıxıb. Daha sonra konsertə gələn tamaşaçılarını salamlayan T.Ağayeva, sevilən xitlərini bir-birinin ardınca sıralayıb.
Doğum günü ərəfəsində konsert günü təyin edən sənətçi ənənəsinə sadiq qalaraq, özəl gününü bu dəfə də sevənləri ilə birgə səhnədə keçirib.

Qeyd edək ki, konsertinə “Şərhsiz” adı verən əməkdar artist yaxınlarda dünyasını dəyişən atasını yad edərək, “Qoşa qanad” – adlı mahnısını səsləndirib.

Tural Hüseyn

FOTO/VİDEO: Zaur Hacıyev