” Brilliant Dadaşova Türkiyə şirkəti ilə işbirliyi edəcək” - FOTOLAR - VİDEO

25-10-2018, 20:45
A+
A-

Türkiyənin tanınmış  “Kemal Müzik Yapım & Menajerlik” şirkəti xalq artisti Brilliant Dadaşova ilə ortaq layihələrə imza atacaq.

Magazinews.Az xəbər verir ki, qeyd olunan şirkətin rəhbəri Kamal Aslan Xalq artisti ilə birgə mətbuat konfransında bir araya gəlib. "Azərbaycan Türkiyə Kültür körpüsü" -adlı layihə barədə media nümayəndələrinə  məlumat verilib.

Tədbirdə  Türkiyə şou-biznesinin diaspora rəhbəri Kemal Aslan  birgə hazırladıqları yeni layihənin önəmindən danışıb:


“Bu layihəni ərsəyə gətirməkdə əsas məqsədimiz odur ki, iki ölkə arasında musiqi körpüsü yaradaq. Türkiyə və Azərbaycan sənətçiləri arasında möhkəm dostluq əlaqələri yaratmaq  niyyətindəyik. Türkiyənin ən böyük açıq hava konsert salonu olan  “Marina” –nın sahibiyəm. Sizin sənətçilərlə ən tanınmış türk müğənnilərin birlikdə konsertlərini keçirəcəyik. Onların bərabər duetlərini və disklərini hazırlatdıracağıq. Brilliant xanım kimi  seçilən sənətkarla birgə çalışmaq istədik. Hər iki ölkənin media nümayəndələrini də bir araya gətirəcəyik.

Gələn il yanvarın 13-ü isə Sərkan Kayanın Bakıda konsertini keçirəcəyik.”


Xalq artisti Brilliant Dadaşova da işbirliyi barədə fikirlərini bölüşüb:


“Mən hər təklifi qəbul edən  biri deyiləm. Bu təklifə razı oldum. Kamal Aslan sevdiyim türk sənətçilərlə çalışıb. Onun barədə müsbət rəylər eşitmişəm. Ciddi insandır. Uğurlu işlərə imza atacağımızı düşünürəm.”


Qeyd edək ki, layihə əsasında mahnılar yazılması, albomlar hazırlanması və kliplərin çəkilməsi nəzərdə tutulub. Müğənninin Türkiyədə konsertləri də təşkil olunacaq.


Tural Hüseyn

Fotolar: Ruslan Əsədov