"5 il aradan sonra Murat Boz yenidən Bakıda" - VIDEO

4-11-2018, 20:07
A+
A-

Türkiyənin super starı Murat Boz 5 illik fasilədən sonra yenidən  Bakıda sevənləri ilə bir araya gələcək.

Magazinews.Az xəbər verir ki, konsert proqramı 21 dekabr, saat 20:00-da "Bakı Konqres Mərkəzi"-də baş tutacaq. Milyonların sevgisini qazanan ulduz yeni xitləri və coşqulu konsert proqramı ilə yeni il qabağı izləyicilərini sevindirəcək.

Qeyd edək ki, konsert "SultanSoy Production"-un təşkilatçılığı ilə həyata keçiriləcək. Biletlərin qiyməti isə 70-500m aralığında dəyişir. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.

Ətraflı keçidə daxil olaraq tanış olmaq olar:
https://iticket.az/az/events/concerts/murat-boz/3953