"Nura Suri psixopata aşiq olub" - FOTO/VİDEO

3-12-2018, 15:24
A+
A-

Müğənni Nura Suri mətbuat konfransı keçirərək "Gitme" adlı yeni klipini təqdim edib.

Magazinews.Az xəbər verir ki, media nümayəndələri ilə yanaşı, məşhurların da qonaq olduğu gecə paytaxtın dəbdəbəli məkanlarından birində gerçəkləşib.

Nura Suri konfrans zamanı yeni klipindən söz açaraq çəkilişlərin iki gündə tamamlandığını bildirib:

"Nuran çox yaradıcı insandır, zövqü gözəldir. Düşünürəm ki, ilk işini görən adama iş etibar etmək qorxulu deyil. Klipdəki obrazlardan 3-nü Nuran özü seçib göndərmişdi. Klipdəki aktyoru Cavidi çox bəyəndim. Yaxşı ki, məni istedadlı insan ilə tanış etdilər. Klip dörd fərqli məkanda çəkilib. Ekran işimiz mənim işlərimdən də, digər işlərdən də seçilir. Mahnının sözləri Zülfi Bədəlova və mənə, eyni zaman da musiqisi də mənə və Əvəz Muradova məxsusdur. Çəkilişlərimiz iki gündə tamamlandı. Klip üçün beş ayrı kostyum tikdirdik və müxtəlif məkanlarda çəkilişlər etdik".

Klipin rejissoru Nuran Məmmədov işbirliklərindən danışıb:

"Çəkiliş məkanında elə də böyük problemlərimiz olmadı. Rahat çalışdıq. Təbii ki iş görürsənsə, xırda problemlər olmalıdı."

Konfrans zamanı bildirilib ki, klip üzərində 15 nəfərlik komanda çalışıb. "Gitme"ni gənc rejissor Nuran Məmmədov ərsəyə gətirib. Müğənninin stili üzərində isə rejissorun özü və Elnur Həsənov çalışıb.

Yataq səhnələrinin yer aldığı klipdə müğənni psixopat bir şəxsə aşiq olur. 

Qeyd edək ki, kliplə eyni zamanda müğənni fotosessiya da etdirib. Fotoların müəllifləri isə Məhəbbət Nəsirov və Raj Stevendir.