"Bu film məndən sizə xatirə qalacaq" - Flora Kərimova - FOTO/VIDEO

8-12-2018, 10:51
A+
A-

“Qaynana” filminin 40 illik yubileyi ərəfəsində növbəti “Qaynana 2018” təqdim olunacaq. Bununla bağlı ötən gün mətbuat konfransı keçirilib.

Magazinews.Az xəbər verir ki, “Caspian Media Group” şirkəti tərəfindən istehsal olunan "Qaynana 2018" filmi müasir qaynananın macəralarından bəhs edir.

Filmdə Flora Kərimova, Səfa Mirzəhəsənov, İlham Namiq Kamal, Elməddin Cəfərov, Riad Abdulov, Sevinc Əliyeva, Gülşad Baxşıyeva, Joy Azum Ogochukwuv, Ülviyyə Əliyeva, Kəmalə Məmmədova və başqaları çəkiliblər.

Konfransda Xalq artisti Flora Kərimova, filmin yaradıcı heyəti, layihənin rəhbəri, eləcə də filmin baş prodüseri olan Hüseyn Cavadzadə və başqaları iştirak edib.

Filmdə əsas rollarından birini canlandıran Flora Kərimova ekran işi barədə danışıb:

"Hüseyn çox sağ olsun ki, məni filmə dəvət etdi. Bu film sizə məndən bir xatirə qalacaq. Necə qayınana olduğumu isə görəcəksiniz. Yaxında haqqımda film çəkiləcək. Orda da rol alacam."

1978-ci ildə çəkilən "Qaynana” filminin sountreklərini ifa edən xalq artisti Flora Kərimova bu dəfə qaynana obrazı ilə tamaşaçıların qarşısına çıxacaq. Xalq artistinin canlandırdığı Canan oğlunu imkanlı və elit ailənin qızı ilə evləndirmək istəsə də, oğlu evlərində çalışan qulluqçunun qızına aşiq olur. Bütün hadisələr də, elə bu sevgi mübarizəsindən sonra başlayır.

Qeyd edək ki, layihənin rəhbəri və filmin baş prodüseri Hüseyn Cavadzadə, rejissoru Orxan Ağazadə, operatoru Şahmar Səfəroğlu, ssenari müəllifi Nicat Dadaşov, rəssamı İmruzə Hüseynova, səs rejissoru Ədalət Xəlilov, ikinci rejissoru Dilşad Baxşəliyeva, qrim üzrə rəssamları isə Sevda Zeynalova və Səbinə İmanovadır.

Epizodik səhnələrin birinə isə dünyaca məşhur "Papito" mahnısının ifaçısı Rumuniyalı müğənni Seeya çəkilib.

Tural Hüseyn

Fotolar: Ramin Qurbanov