"Kiminsə evini yıxmamışam" - Niyam Salami - FOTO/VIDEO

9-12-2018, 17:07
A+
A-

"Yaşa dolduqca Allahdan qorxuram" -Niyam Salami

Magazinews.Az bir çox maraqlı açıqlamaları ilə yadda qalan Niyam Salaminin müsahibəsini təqdim edir:

Yaxın keçmişdə arzusunda olduğun bizneslə məşğul oldun, yenidən qayıtmaq fikrin var?

"Biznes işindən heç vaxt əl çəkmərəm. Nə qədər ki, konsert sistemi bizdə düzəlməyəcək. Qonararımı konsertimlə qazansam, bilərəm ki 50-60 yaşına kimi səhnədə oxuyub pulumu qazanacam. Ticarət-bizneslə məşğul olmalıyam ki, öz istədiyim mahnıları oxuya bilim. Mən yalnızca toy üçün ünvanlı mahnı oxuya bilmərəm. Pulumun ordan gələcəyi üçün özümü ora kökləyə bilmərəm. Mən yaxşı mahnı oxumalıyam."

Yaxşı mahnıların sayı azalıb, bayağı mahnılar gündəmdədir..

"Azalsa belə, yaxşı mahnı oxumağa məcburam. Nailə Mirməmmədlidən, Hacı Nazimdən, Murad Zeynaldan mahnılar oxumuşam və yenə oxuyacam. Mənim məqsədim budur ki, yaxşı olmalıyam, yaxşı geyinməliyəm, yaxşı dostum olsun. Yaxşıya doğru gedirəm. Kainatdakı insanlar bu yolla gedirsə, mən niyə geridə qalım. Mən də o insanlarla birgə qabağa gedirəm."

Samir Piriyevlə hazırda münasibətləriniz necədir?

"Münasibətim yoxdur, amma salam verəcəm. Salamını alacam. Ticari əlaqələr olmayacaq. Münasibət dostu ola bilər. Dostluğu isə deyə bilmərəm. Bunu zaman göstərsin. Ona görə nəsə demək istəmirəm ki, səhv çıxar. O, mənim neçə illik sırf dostum olmayıb. Birlikdə çalışandan tanıyıram. Mən onu pis qələmə verməmişəm və vermərəm. İnsanlıq ayrı şeydir, ticarətdə onun, yaxud mənim nəyisə bilmədiyim başqa mövzudur. Hələki mən Suraxanıda yaşayıram. Mən Niyam Salamiyəm. Neçə ildir necəyəmsə, eləyəm. Sənətdə artımım gedir. Zahiri görünüşdə, geyimimdə dəyişiklik ola bilər, ancaq həmin xasiyyətdəyəm. Bu mənim səhvim deyil. Kim nəsə edirsə, özünə edir. Bir az əsəbi şıltaq olsam da, həmin adamam. Kim dost olmaq istəyir olar. Kiminsə tələbatına uyğun olmasam,kənara çəkilsə, bu düşmənçilik demək deyil. Kim mənimlə dostluq münasibəti saxlamırsa, günahı özündə görsün. Xaiş edirəm ki, Niyam pis idi deməklərini, eşitməyim."

Rəhim Rəhimli ilə barışmağını ətrafındakı bəzi kənar insanların istəmədiyini açıqladın. Onlar kimdir?

"Mən həyatda heç kimin arxasınca danışmamışam. Kiminsə evini yıxmamışam. Mənim haqqda nəsə demiş adam barədə, gör onu neylətdirəcəm, deməmişəm. Mən kiməm ki, neylətdirəm. Bəs o enerji sənə qayıdanda nolacaq? Sən edəcəksən, Allah da sənə qaytaracaq. Yaşa dolduqca Allahdan qorxuram. Varlığını hiss edirəm. Sənət dostlarıma nə desəm acıqlarına gələr, o mənə qayıdar. Danışmırıqsa, arada inciklik varsa, o öz yerində. Rəhimin bu gün hansısa kanalda vəzifəsi var. Mən də klip çəkdirmişəm. Klipi media, tamaşaçılar bəyəndiyi halda, o kanalda getmirsə, demək günah onun özündədir. Şəxsi münasibəti sənətə qarışdırır. Bu olmaz. Əgər qarışdırsa, o zaman sual verəndə yaxşı cavablar verərəm. Hələki bu barədə heç nə deyə bilmərəm. Mən inanmıram ki, bunu edər. Kimsə etsə, cavabını verərəm. İlk olaraq, klipimiz Arb Ulduzda yayımlanacaq. Onlar istəyib,söz vermişdim. Youtube kanalımda da yerləşdiriləcək. Mənə kanal açdığına görə yenicə iş birliyinə başladığım Şaiqə minnətdaram. Kanalın adı NiyamSalamiofficial-dır. Artıq tamaşaçılar mahnılarıma rahat baxıb dinləyə bilərlər."

Yenidən ailə qurmağı düşünürsən?

"Yox, ancaq subay deyiləm ki.. Evim, övladım var. Həyatımda münasibət qurduğum insan da ola bilər. O demək deyil ki, ailəm olanda hər şey tamamlanır. Ailə hər bir şeyi tamamlayır, amma mən bir az natamam fikrli insanam. Ya çoxdu məndə, ya da tamamlayan insanı tapmaq lazımdı. Mən hələki tamamlanmışam. Özüm yemək bişirə bilirəmsə, digər insanları sevindirə bilirəmsə, hər hansı bir heyvana yemək verə bilirəmsə, nə xoş mənə. Demək ki, işləyirəm, ayaq üstündəyəm. Müğənniyəm, ailəm yoxdu, ancaq öz kefimlə məşğulam, klublar, qəlyanxanalar olsa, o zaman demək olar ki, evlən! Əlin-ayağın yığılsın. Mənim əl-ayağımı yığışdıran ailəmin nüfuzudur. Harda böyüməyim, hansı məhlədə doğulmağımdır. Bunlarda özümü tamamlamışam. Şəxsi ailədə tamamlanmaya bilərsən. Gələcək barədə fikirləşirəm,üzərində çalışıram."

Sevsən, münasibəti rəsmiləşdirməyi düşünərsən?

"Bunu zaman göstərər. Əvvəl 100 ildən sonra, 1 əsr keçirdi, indi isə 10 il 1 əsrdir. 10 ilə həyatda elə bir şey görə bilərsən ki.. "Sehrli xalat" filmi 60-70-ci illərdə çəkilib. Orda uçan kosmik aparatlar, texnologiya ilə bağlı məlumatlar göstərilirdi. O zamandan bildirirdilər ki, indi yaşadığımız dövr gələcək. Hər şey çox dəyişəcək. İndi telefonla, Foto-aparatla klip çəkilir. İllər öncə demişdim ki, telefondan televizor kimi istifadə edə biləcəyik. Görüntü olacaq, ancaq bilmirdim. Mən bilirəm ki, bizdə konsert sistemi düzələcək. Bizim toy sistemində müğənnilərlə bağlı dəyişiklik olacaq. Ya müğənni az gələcək, ya DJ sisteminə keçəcəklər. Nəsə olmalıdır. Elə yaxşı olacaq ki, bir müğənni gələr. O, da öz konsertindən qazanar, toya da gedər. Dünya ulduzları da toylara gedirlər. Mənə görə belə çox yaxşıdır. Bilirəm ki, nəsə baş verəcək. Bunun üçün bir əsr yaşamaq lazım deyil. 4-5 ildə bunu görə bilərəm."

Sənətçi yaradıcılıqdakı yeniliklərindən danışıb:

"Restoran konsertlərim olur, qazanc yerim var. Bu yaxında Kazan şəhərində konsertim olacaq. Müğənni dostlarımdan Kərim Abasov da mənimlə birgə olacaq. Dəvət etdim, razılaşdı. Bu ayın 22-də Bakıda gözəl konsertim var. Bunlardan qazandığım qonararla mahnı da yazdırıram, işçiləri də dolandırıram, özüm də dolanıram. Özümü proqramlaşdırmıram ki, hökmən birinci bu mahnını oxuyub toydan pul qazanmalıyam. Yeni il üçün ritmik və bir türk mahnısı hazırlamışam. Hər kəsin öz ürəyindən keçən mahnısı var. Paket şəklində, fərqli janrda mahnılar hazır edib tamaşaçıların ixtiyarına verdim. Dekabrın 17-də keçiriləcək mükafatlandırma mərasimində sorğu nəticəsində müğənni kimi mən də layiq görülmüşəm. Tamaşaçı müğənnilərin sırasında adımı çəkirsə, nə xoş mənə, sevinirəm. Əsas sən bilmədən mükafatlandırılmağındır. Müxtəlif yollarla saxta mükafatlardan xoşum gəlmir. Təbiiliyi sevirəm."

Tural Hüseyn

Fotolar: Ramin Qurbanov


[media=https://youtu.be/O334VwUIfmI]