“Oksana ilə Fatimə barışdı” – VIDEO

1-01-2019, 02:59
A+
A-

Bir müddətdir ki, küsülü olan rəqqasələr Fatimə Fətəliyeva və Oksana Rəsulova barışıblar.

Magazinews.Az xəbər verir ki, “Maşın realiti şou”-nun bağlanış mərasiminə dəvət alanlar sırasında Oksana Rəsulova və Fatimə Fətəliyeva da olub. Onların bir masada əyləşməsi isə diqqətdən qaçmayıb. Daha sonra şounun aparıcısı Murad Dadaşov onlara yaxınlaşaraq barışdıqlarını elan edib. Söz alan Fatimə Fətəliyeva “Hər zaman həmrəy olaq, mən istəyirəm hamı görsün ki, mən öz həmkarım Oksana ilə həmrəyik” deyərək, Oksana ilə qucaqlaşıb bir-birinin əlini sıxıblar.

Bununla da, tərəflər aralarında olan soyuq münasibətlərə son qoyublar.

Magazinews.Az sözügedən görüntüləri təqdim edir:


Tural Hüseyn