“Maşın”-dan Anakonda getdi”

24-12-2018, 12:33
A+
A-

Ötən axşam “Hind Kinosu”- adı altıında yayımlanan “Maşın”-realiti şousunun növbəti efir günü olub.

Magazinew.Az-ın məlumatına görə, səsvermənin 12-ci günündə tribunaya ilk dəfə çıxan aktrisa Xəyalə Quliyeva olub. O, şou ərzində hədəfinin adını gizli saxlayıb. Nazilə Səfərli aktrisanın bu tutumuna sonra ondan özünü çıxartmayacağı barədə zəmanət istəyib. Əks təqdirdə verlişin sonuna 30 dəq qalana qədər ad açıqlamasa,ona getməsinə səs istəyəcəyini deyib.

SMS yarışmasında 85,63% səslə şouda qalan Xəyalə Quliyeva qadınlardan heç kimi çıxartmayacağını desə də, məhz, şairə Nazilə Səfərlini şoudan uzaqlaşdırıb. Aktrisa buna səbəb kimi Nazilənin onun üçün çox güclü rəqib olduğunu göstərib. Şairə xanımı "kişi kimi qadın" adlandıraraq, onu “maşın”-sız qoyub.

Bununla da şouda mübarizəyə davam edən 8 iştirakçı qalıb.
Xatırladaq ki, qalan iştirakçılar bunlardır: müğənnilər Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisa Xəyalə Quliyeva və aktyor Sərxan Kərəmoğlu.


Tural Hüseyn