“Samir Cavadzadə “maşın”-a vida etdi”

25-12-2018, 12:51
A+
A-

“Maşın” realiti şousunun növbəti səsvermə günü olub.

 Magazinews.Az xəbər verir ki, bu dəfə səsvermədə gücünü sınayan iştirakçı Samir Cavadzadə olub. Buna səbəb bütün iştirakçıların şəklinin eyni sayda çıxması olub. Samirə gün ərzində səs göndərilməyib. 
O, da şou ərzində hədəf açıqlamaqdan boyun qaçırıb. Diqqət çəkən məqamlardan biri də o olub ki, Samir vaxtı ilə şouda saxladığı Xatirə İslamdan səs verməsini istəyib. 
Sonda müğənninin 39.80 faiz səs yığması onun şouda qalmasına kifayət etməyib. Samir özü şoudan getməli olub. 

Çıxışında isə şouda qalacağı təqdirdə hədəfinin Sərxan Kərəmoğlu olmayacağını deyib.

Xatırladaq ki, hazırda mübarizəni 7 iştirakçı davam etdirir. Bunlar isə müğənnilər Səmra Rəhimli, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisa Xəyalə Quliyeva və aktyor Sərxan Kərəmoğludur. 

(Tural Hüseyn)