"Könülün maşınını qarət etdilər" - VİDEO

8-01-2019, 10:54
A+
A-

Arb televiziyasının aparıcısı Könül Muxtarovanın başına iş gəlib.

Magazinews.Az-ın məlumatına görə, aparıcı qonaq getdiyi yerdən geri qayıdarkən xoşagəlməz halla qarşılaşıb. Muxtarovanın hadisə yerində saxladığı 90 KM 404 nömrəli "Nissan Micro" markalı avtomobilini qarət ediblər. Aparıcının maşınının ön qapısının pəncərəsi sındırılıb. Avtomobildə olan 300 dollar pul isə oğurlanıb.

Artıq hadisə ilə bağlı 102 xidmətinə məlumat verilib.

Qeyd edək ki, hadisə Azər Əliyev küçəsində baş verib.