"Məşhurlar bir arada" - FOTOLAR

8-01-2019, 13:12
A+
A-

Sənət dünyasının tanınmış nümayəndələrinin iştirakı ilə konsert proqramı keçirilib.

Magazinews.Az xəbər verir ki, tədbir Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilib. Gecənin təşkilatçısı isə Leyla Misirova olub. 

Konsertin rejissoru Nail Naiboğlu qeyd edib ki, konsertin keçirilməsində məqsəd yaxınlarda dünyasını dəyişən xərçəng xəstəliyindən əziyyət çəkən tele-aparıcı Ceyran Nərimanın müalicəsinə yardım etmək idi. Məlum hadisədən sonra bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədilə aparıcının ailəsinə sərf ediləcək. Tədbirin təşkilatçıları bu konsertlərin davamlı olacağını deyiblər.

Qeyd edək ki, konsert proqramında Xalq artistləri Gülyaz Məmmədova, Arif Quliyev, Məleykə Əsədova, Əməkdar artist Ədalət Şükürov, müğənnilər Niyam Salami, Dilarə Kazımova, Emil Bədəlov, İradə Mehri, Elnarə Xəlilova, Rüfət Axundov və başqaları çıxış edib.


Tural Hüseyn

Fotolar: Ramin Qurbanov