"Mən şou-biznesdə göbələk deyiləm ki.." - Kərim Abasov

10-01-2019, 11:20
A+
A-

Bu sözləri Atv tele-kanalında Günay Firudunqızının təqdimatında yayımlanan "Ulduzlu payızım" verilişində Kərim Abasov deyib.

Magazinews.Az xəbər verir ki, müğənni Kərim Abasov qonaq olduğu verilişdə alovlu açıqlamaları ilə yadda qalıb. Aparıcın hər şeyə reaksiya verirsən, -deməsinə ifaçının cavabı belə olub:

"Mənim xətrimə dəyənə niyə görə heç nə deməməliyəm. Qadındır, işin yoxdur deyirlər. Kişi, yaxud qadın olmağının fərqi yoxdur. Hər kəs həddini bilməlidir. Həddinə bilməyənə güzəştdə getməlisən, -deyə bir şey yoxdur. Heç bir yerdə haqq söz qəbul olunmur. Hər şeyə reaksiya verməliyəm. Mən şou-biznesdə göbələk deyiləm ki, kimsə gəlib məni tapdalayıb keçsin. O adamın başını tapdalayaram. Dilim varsa, dilçəyim də var. Kimsə məni bəyənmirsə özü bilər, zövqünə hörmətlə yanaşıram. Heç kim mənimlə bağlı artıq-əskik söz deyə bilməz. Ali savadlı oxuyanam. Mahnılarımı Alim Qasımova qədər oxuyan olub".


Tural Hüseyn