“Bu bizim millətə yaraşmır” - Səidə - FOTO/VIDEO

25-01-2019, 10:48
A+
A-

Səidə Sultan Magazinews.Az-a müsahibəsində zövqsüz musiqi təbliğatçılarını tənqid atəşinə tutub.

Sənətçi ilk olaraq təqdim etdiyi yeni “Kin” adlı mahnısına çəkdirdiyi klipindən danışıb:

“Mahnımın sözü və musiqisi gənc xanıma aiddir. Klipin ideyası özümə məxsusdur. Rejissora özümü necə görmək istədiyimi, geyimlərimin tərzini dedim. Başımda taclarım olacaq. O, da sağ olsun, razılaşdı. Rejissor Nicat Zeynallıdır. Məncə yaxşı iş təqdim etdik. İşlərimin arasında bəyəndiyim, özümə xoş bir iş oldu. Zövqlü musiqçilər məcburdular ki, işləsinlər. Çalışmasaq, çox pisə doğru gedə bilərik. Bir vətəndaş olaraq istəmirəm ki, xalqımızın zövqü pisə doğru getsin. Bu bizim millətə yaraşmır. Biz həmişə zövqlü olmuşuq. Biz hər şeyin yaxşısını sevirik. Ona görə zövqsüz ola bilmərik. Yaxşı musiqiçilər ayağa durmalıdırlar, işləməlidirlər. Yaxşı musiqiçilər dayanmasalar, hər şey gözəl olacaq. Özünüz də nəticəni görəcəksiz. Bizim silahımız mahnılarımızdır. Elə söz danışa bilərik ki, tamaşaçının gözündən düşə bilərik. Biz bir mahnımızla tamaşaçıdan o sevgini geri ala bilərik. Zövqsüzlərlə dava edəsi deyilik. Onlar həddindən çoxdur. Biz mahnı ilə onlarla mübarizə apara bilərik.”

Son zamanlar zövqsüz mahnıları Youtube-da trenddə ilk sıralarda görürük. Sənə görə bunun səbəbi nədir?

“Youtube səhifəmi yeni açmışam. Düzünü deyəcəm. Səhifəmi reklam etməmişəm. İndi elə dövrdə yaşayırıq ki, hamı hər şeyi çox gözəl bilir. Səhifəm yeni olduğuna görə populyar deyil. Buna görə çox təklif ediblər. Mən özümə sığışdıra bilmədim. Özüm bilirəm axı, o saxtadır, guya trenddə mənəm. Mən özüm saxta deyiləm, saxtalığı qəbul edə bilmərəm. İstədim ki, öz gücü ilə olsun. Yaxşıdırsa, onsuzda tanınacaq. Bəlkə, köhnə dövrün adamıyam, müasir deyiləm. Amma hər şey real olanda, daha gözəl və qiymətli olur. Antikvar niyə həmişə bahadır, çünki originaldır. İnsan özü olanda onun qiyməti də artır. Bu mahnılardan ilk təqdim olunanlar işlər xoşuma gəlmişdi. Maraqlı idi. Artıq 4-5ci olanda bildiyim şeydir. Bir-iki nəfər oxudusa, o demək deyil hamı oxumalıdır. Toyxana mahnılarından elə “mashup” düzəldərəm ki, ağız açıq qalar. Mən həmin mahnıları işləsəm, 30 gün toylarda olaram. Sənətimi elə mahnılara satmaq istəmirəm. Özüm-özümü satmış kimi olaram. Mən öz yolumu gedirəm. Tamaşaçı sevər, ya sevməz. Hər şeyin çoxu adamı bezdirir. Elə şeylər var ki, şitini çıxartmaq lazım deyil. Olsun, amma fasilə vermək lazımdı. Bir-iki nəfərdə bu tutursa, çox olanda insan bezir. Bu əslində popuridir. Bir var toy popurisi, bir də var belə mahnıların popurisi. Mənim üçün qeyri-adi deyil. İndi hər şeyin asan olanına qaçırlar. Musiqini də hörmətdən salırlar”.


Tural Hüseyn
Foto/Video:Sübhan İsmayılov
Magazinews.Az