“Odlar Yurdu – 2018” Milli mükafatının vaxtı bəlli oldu"

26-01-2019, 12:20
A+
A-

“Tonika Group MMC” nin təşkilatçılığı ilə “Odlar Yurdu – 2018” Milli Mükafatının vaxtı bəlli oldu.

Fevral ayının 24-ü Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək tədbirdə 2018-ci ilin yekun nəticələrinə uyğun olaraq ( Dövlət Rəsmiləri, Mədəniyyət və İncəsənət nümayəndələri, Kütləvi informasiya vasitələri nümayəndələri, onlarla çalışan iri biznes mərkəzləri, iş adamları və s. ) mükafatlandırma mərasimi baş tutacaq.

“Tonika Group MMC”- nin mətbuat katibi Təbriz Məhərrəmoğlu-nun “Magazinews.Az”-a verdiyi məlumata görə, mükafat “Tonika Group MMC”nin idarə heyətinin, təşkilat komitəsinin və nəzarət təftiş komissiyasının araşdırmaları ilə sosial şəbəkələrdə və ümumi illik göstəricilərinə əsasən şəxsi iş fəaliyyətində fərqlənən nominantlara təqdim olunacaq. Kristal formasında olan mükafatlar digərlərindən xüsusi seriyaları və şəxsi pasportları ( mükafat tanınma vərəqəsi ) ilə fərqlənir.

Qeyd edək ki, “Tonika Group MMC”nin təsisçisi və direktoru Nicat Həsənzadədir.