"Röyanın konsertinə biletlərin qiymətləri məlum oldu"

7-02-2019, 10:13
A+
A-

Əməkdar artistlər Röya Ayxanla Miri Yusifin növbəti dəfə konserti keçiriləcək.

Magazinews.Az xəbər verir ki, sözügedən konsert proqramının “Elektra Hall”-da baş tutması planlanır. Artıq konsertin məşqlərinə başlanılıb. Müğənni instagram hesabından məşqdən olan videosunu da bölüşüb.

Qeyd edək ki, aparıcısı Samir Bayramovun olacağı, “Boom Group”-un keçirəcəyi klub konserti 14 fevral “Sevgililər günü”-də baş tutacaq. Konsertə olan bilet qiymətləri 35-1200 azn aralığındadır.