“Röya Afətə dəstək verdi”

10-02-2019, 16:04
A+
A-

Əməkdar artist Röya Ayxan son zamanlar İmadəddin Nəsiminin qəzəlinə mahnı oxuyan və tənqidlərə məruz qalan Afət Fərmanqızına dəstək olub.

Magazinews.az-ın məlumatına görə, Röya bu haqda qonaq olduğu "Zaurla Günaydın" verilişində danışıb.

O, Fərmanqızı barədə bunları deyib:

“Kim nə deyirsə, desin, xalq elə bizik. Bu mahnıya qulaq asanda əhvalım qalxır. Niyə də yox? Həmişə Röyaya qulaq asmaq olmaz ki.. Bəlkə də, elə adam var ki, Nəsiminin qəzəlindən xəbərsiz idi. Onları verlişə çağırıb əzməyin. Xoşunuza gəlir ki, verilişinizə çağırırsınız. Efirinin reytinqini onlar qaldırırsa, niyə yerə vurursunuz. Hamının ailəsi, dostu və övladları var. Buna ixtiyarınız yoxdur. Hamısının telefonunda o mahnılar var. O verilişlərə getməyin. Gedəndə öz qanunlarınızı qoyun ki, mənə Röya kimi yanaşacaqsan. Razılaşacaqlar, çünki onlara lazımsınız. O aparıcı da sənə qulaq asır”. 

Tural Hüseyn