“Bu günü çoxdan gözləyirdim” – Zamiq Hüseynov

11-02-2019, 09:35
A+
A-

Ötən gün müğənni Zamiq Hüseynovun Heydər Əliyev adına sarayda "Bu gün bizim günümüz" adlı solo konserti baş tutub. 

Magazinews.az xəbər verir ki, 70 nəfər işçinin çalışıb ərsəyə gətirdiyi konsertdə 16 musiqiçi, 4 bek-vokal, 22 rəqqas yer alıb. 2 saatdan çox davam edən konsert proqramında 21 mahnını canlı olaraq səsləndirilib.

Həyəcan hissini gizlətməyən gecənin səbəbkarı konsert öncəsi təəsüratlarını media nümayəndələri ilə bölüşüb:

“15 ilin ən böyük konsertində mənimlə olduğunuz üçün təşəkkür edirəm. Bu günü çoxdan gözləyirdim. Mənim üçün Heydər Əliyev adına sarayın səhnəsi ölkəmizin ən əsas səhnəsidir. Burada səhnə alanda mümkün deyil ki, həyəcanlanmayasan. İnanıram ki, yadda qalan gün olacaq. Bütün qonaqlarımıza böyük təşəkkürümü bildirirəm. Məni yalnız qoymadıqları üçün çox sağ olsunlar. Çalışacam ki, bu dəyərin qarşılığını layiqincə verək. Yeni aranjmanda bir-iki yeni mahnı səsləndirəcəm. Konsertə gələn tamaşaçıların sevdikləri mahnılara yer ayırmışıq. Bu gün “Kaman” mahnısını fərqli janrlarda səsləndirəcəm. “Sən necə də gözəlsən” mahnısını da xüsusi hazırlaşmışıq. Sənət adamlarının çoxuna dəvətnamə vermədim. Ancaq elə insanlar var ki, onlar böyük isimdirlər. Elə insanları dəvət etmişəm ki, onları hər konsertdə görə bilməzsiniz. Mən öz yaşıdlarımın konsertinə bilet alıb gedirəm. Onlardan xahiş etdim ki, məni sevirsinizsə, bilet alıb gəlin”.

Gecədə Xalq artistləri Zülfiyyə Xanbabayeva, Fidan Hacıyeva, bəstəkar Faiq Sücəddinov, Əməkdar artistlər Röya Ayxan, Teymur Əmrah, Nərgiz Cəlilova, reperlər Elşad Xose, Nadir Nəğd Pul, müğənni Sevda Yahyayeva və başqaları iştirak edərək Zamiqə dəstək olublar.

Zamiqin səhnə geyimlərini tanınmış modelyer Afaq İsmayılzadə hazırlayıb. Səs rejissorları Yaşar Baxış, Bəxtiyar Həsənov və Oleq Naumov layihədə yer alanlar sırasında olublar.

Qeyd edək ki, konsertin təşkilatçılığı “SS Production”a aiddir.

Tural Hüseyn

Fotolar:Sübhan İsmayılov