“MGP" aparıcı Firuzə Cəlilova barədə yayılan xəbərlərə aydınlıq gətirdi

22-02-2019, 17:17
A+
A-

“MGP" (M Group Production) bu gün mediada aparıcı Firuzə Cəlilovanın şirkətə icraçı direktor təyin olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirir. 

Magazinews.Az-ın məlumatına görə, şirkətin mətbuat xidməti bildirir ki, “MGP" (M Group Production), fəaliyyətini hər zaman diqqətdə saxlayan və şirkətin hazırladığı layihələrlə bağlı istənilən xəbərə özəl yanaşan media nümayəndələrinin işini hər zaman yüksək qiymətləndirib. Fəaliyyət göstərdiyi 16 il ərzində “M Group Production” Azərbaycanın nəinki tanınmış simalarına, aparıcılarına, eləcə də özünə güvənən, bu sahədə çalışmaq arzusunda olan istənilən şəxs üçün öz qapılarını açıb. Aparıcı Firuzə Cəlilova da öz yeni layihələri ilə bizə müraciət edən və tərəfimizdən təşkilati dəstək alan tanınmış aparıcılardan biridir. Bu gün əksər saytlarda və xəbər portallarında aparıcının “MGP" (M Group Production) icraçı direktor vəzifəsinə təyin olunması xəbərləri yayıldı. “MGP" olaraq bildirmək istəyirik ki, Firuzə Cəlilova hazırda şirkətlə əməkdaşlıq edir, amma təqdim etdiyi layihələrin icraçı prodüseri kimi. Aparıcının icraçı direktor vəzifəsinə təyin olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. 

Mediada çalışan dostlarımızdan haqqımızda və ya bizimlə bağlı olan hər hansı bir məlumatı yaymazdan öncə bizimlə təsdiqlətmələrini xahiş edirik.